Ağır çanta xəstəlik yaradır

Ağır çanta xəstəlik yaradır
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Hazırda dünyada gənc qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir.
Ağır və böyük çantalar qadınlarda bel əyriliyi yaradır. Gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.
Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı ağır və böyük çantalardır.
Mütəxəssislər qeyd edir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!