Diş xəstəlikləri ürəyi gücdən salır

Diş xəstəlikləri ürəyi gücdən salır
Xəstəliklər və müalicəsi
10.09.2017 50
Ağız boşluğundakı kariyes və müxtəlif bakteriyalar ürək-damar sisteminin vəziyyətinə təsir edən ən mühüm amillərdir. ABŞ və İngiltərə alimlərinin birgə apardığı tədqiqat zamanı alimlər bu qənaətə gəliblər ki, ağız boşluğundakı xəstəliklər aterosklerozun inkişafına və arteriyalara mənfi təsir göstərir. Stomatoloqların qəbulunda olan 657 pasiyentin xəstəlik tarixçəsinin araşdırılması nəticəsində müəyyən olub ki, hətta sağlam adamların ağız boşluğunda xəstəlik yaranarsa, onların ürək-damar sistemi xəstəliklərinə tutulma ehtimalı yüksəkdir.
Alimlər bunun səbəbini çox sadə izah edirlər. Ağız boşluğunda bakteriya və digər xəstəliklərin olması onu göstərir ki, pasiyentin orqanizmində fəal soyuqdəymə prosesi gedir. Qanda  xolesterinin miqdarı artdıqda və ya digər proseslər getdikdə sağlam insanın ağız boşluğundakı 600 növdən artıq mikroorqanizm ürək-damar sistemi xəstəliklərinin yaranmasına və yaxud inkişafına səbəb ola bilir.
Yapon alimləri isə dişlərlə bağlı daga bir fakt aşkarlayıblar. Gün ərzində üç dəfə dişləri təmizləmək normadır! Vaxtilə qəbul edilən bu norma müasir alimləri qane etmir. Onlar bu qənaətdədirlər ki, dişləri çox təmizləmək diş ətinin yeyilməsinə və zədələnməsinə səbəb olur.
Bundan başqa, dişlərin gündə 3 dəfə təmizlənməsi əlavə çəkinin qazanılmasında əsaslı rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!