Narkolepsiya nədir?!

Narkolepsiya nədir?!
Xəstəliklər və müalicəsi
10.09.2017 33
Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəliyə deyilir.
Eyni vaxtda başqa formalı tutmalar da müşahidə olunur:hər hansı emissiyanın təsiri altında başlanan qəfləti əzələ zəifliyi ya süstlüyü (katalepsiya) əmələ gəlir.
Xəstəlik adətən gənc yaşlarda başlayır.Narkolepsiya tutması iş vaxtı,yol gedərkən,danışan zaman,yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər.Tutma bir neçə dəqiqə davam edir.Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir.Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur.Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.
Katapleksiya tutmaları qəfləti emosiyaların-sevinc,gülüş,qorxu və s. nəticəsində başlanır.İradi əzələlər süstləşir,baş əyilir,dizlər bükülür və xəstə yıxıla bilir.Şüur aydın qalır.Bəzən tutma yalnız bir neçə saniyə çəkir.Narkolepsiyalı xəstələr tez-tez gecə yuxusunun hədsiz dəhşətli röyalar ilə müşayiət olunaraq səksəkəli və həyəcanlı olmasından şikayət edirlər.
Müalicə üçün isə hər şeydən əvvəl gecə yuxusunu mütləq qaydaya salmaq lazımdır.Narkolepsiya zamanı medikamentozdan istifadə etmək vacibdir.Uzadılmış yuxu ilə müalicə də səmərəlidir.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!