Miqren xəstəliyi ürəkdəki dəliklə bağlıdır

Miqren xəstəliyi ürəkdəki dəliklə bağlıdır
Xəstəliklər və müalicəsi
10.09.2017 66
Anadangəlmə ürək xəstəliyi olanlarda baş ağrıları tez-yez olur
Müalicəyə baxmayaraq keçməyən miqren xəstəliyi anadan gəlmə ürəkdə yaranan dəliklə bağlıdır. 
Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki,
mütəxəssislər
doğuş zamanı ürəkdə dəlik yarana bildiyini iddia ediblər.Qeyd olunur
ki, yaranan dəlik qandakı toksik maddələrin, laxtaların, oksigensiz
çirkli qanın ağ ciyərdən filtr olmadan birbaşa təmiz qan sisteminə keçir
ki, bu da baş ağrıları yaradır.

Türkiyənin tanınmış nevroloqu
Mehmet Zülküf Önal baş ağrısının nevrologiya klinikalarında ən çox
araşdırılan sahə olduğunu deyib.
Xalq arasında şiddətli baş ağrısı kimi tanınan miqren orta və ya ağır şiddətdə adamın həyat tərzini aşağı salır.

Qadınlarda
tez-tez müşahidə olunan baş ağrısı 4-72 saat qədər davam edir.
Ürəkbulanma, işıq və səsdən narahatlıq, əzələ ağrıları bu xəstəlik üçün
xarakterikdir.

Önal xəstələrin təxminən üçdə birində əvvəli
qəribə qoxular, gözdə işıq çaxmaları və qəribə hisslərlə başlayıb ağrı
ilə davam edən "aura" adlı ağrının ürək sağlamlığı ilə əlaqədar olduğu
təsdiqlənir.


İnsan ürəyi dördkameralıdır. Onlardan ikisi
qulaqcıq, ikisi isə mədəcikdir: "Miqrenli xəstələrdə ürəkdə doğuşdan
dəlik sıxlığı 2 qat çox olur. Migrenle PFO arasındakı əlaqə, edilən
işlərlə də göstərilib. Qadın miqrenli xəstələrdə PFO sıxlığı 4,4 dəfə
çoxdur. Aural migreni olan qadın xəstələrdə daha tez-tez görülməkdədir.
Ürəkdəki dəlik bağlanılan xəstələrdə, migren şiddəti azalır".

Mütəxəssislər, miqren xəstələrinə köhnəlmiş Holland pendiri və kolbasa məhsullarını yeməyi qadağan edir.

Rejimsiz qidalanmaq və bəzi qidaların miqrenin əmələ gəlməsində əsas
amillərdən olduğunu söyləyən mütəxəssislər, "bu xəstəlik insandan insana
dəyişir. Bəzi insanlarda şokolad yemək belə miqrenə səbəb ola bilir.
Köhnəlmiş pendir və kolbasa kimi qidalar tərkibindəki nitrit səbəbilə
miqren xəstəliyinə təsir göstərə bilər. Miqren xəstələri bu xəstəliyə
mənfi təsir göstərdiyini bildikləri qidalardan uzaq durmalıdır”, deyib.

Mütəxəssislər miqren xəstələrinin tez-tez ağrıkəsicilərdən istifadə
etdiyini bildirib. Amma bu ağrıkəsicilər baş ağrılarına səbəb olur.
Digər tərəfdən bu ağrıkəsicilər, miqren xəstələrinin həkimə müraciət
etməsini də gecikdirir.
Önal Çirkli qandan gələn toksik aktiv maddələr beyində müəyyən bir
konsentrasiyaya çatdıqdan sonra isə miqren ağrılarının başladığını iddia
edir.
Ürəkdə dəlik olub olmadığını "Transkraniyal Doppler
Sonografi" ilə müəyyən etmək olur. "Transkraniyal Doppler” ilə beyin
damarları və axın istiqamətləri aydın şəkildə göstərilir. "Transkraniyal
Doppler” etibarlı, xəstəyə narahatlıq vermədən, yaxşı idarə edilən və
asan uyğunlaşan diaqnoz üsuludur”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!