Qəbizliyin aradan qaldırılmasının yolları

Qəbizliyin aradan qaldırılmasının yolları
Xəstəliklər və müalicəsi
10.09.2017 514
Qəbizliyin olmaması üçün sudan kifayət qədər istifadə etmək tövsiyə olunur.



Kifayət qədər su içməmək, düzgün qidalanmamaq, hərəkətsizlik, çox yemək, bağırsaq xəstəlikləri, əzələ zəifliyi, bəzi dərmanlar, prostat problemləri, stress, rasionda dəyişiklik, bəzi pəhrizlər, uzun sürən səfərlər, qaraciyər və öd kisəsi xəstəlikləri qəbizliyin əsas səbəblərindəndir.



Qəbizlik problemini aradan qaldırmaq üçün liflə zəngin qidalara, yəni çiy meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Çünki lifli məhsullar bağırsaqların fəaliyyətini gücləndirir. Belə qidalar bağırsaqdakı toksinləri, maya göbələklərinin və xəstəlik törədən bakteriyaların inkişafını azaldır.



Qəbizliyin olmaması üçün sudan da kifayət qədər istifadə etmək tövsiyə olunur. Qalın bağırsağın hər gün ən azı 1,5 litr suya ehtiyacı olduğundan gündə 1,5-2 litr su içilməlidir. Qəbizlik uzun sürdükdə isə həkimə müraciət olunmalıdır.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!