Köməkçi reproduktiv texnologiyaları

Köməkçi reproduktiv texnologiyaları
Xəstəliklər və müalicəsi
24.12.2017 214
Əfsuslar olsun ki, bir çox hallarda, ailə cütlüyü uzun müddət ərzində sonsuzluqdan müalicə olunmalarına baxmayaraq, arzu olunan hamiləlik əldə olunmur.

Digər tərəfdən, elə hallar da olur ki, ailə cütlüyündə olan bu və ya digər patologiya və ya xəstəlik halları (qadında - uşaqlığın, yumurtalıqların, uşaqlıq borularının olmaması və ya hər hansı bir xəstəlik səbəbindən hamiləliyi daşıya bilməməsi və sairə; kişidə - toxum mayesində spermatozoidlərin heç olmaması, cinsiyyət üzvünün quruluşunda qüsurun olması, xayaların olmaması və ya onların xəstə olması və s.) onlara uşaqlarının olmasına imkan vermir. Yaxın keçmişə qədər belə ailə cütlükləri heç bir zaman uşaqlarının olmaması ilə barışmalı olurdular. Hal-hazırda isə çoxsaylı köməkçi reproduktiv üsullar işlənib hazırlanmışdır ki, onların köməkliyi ilə belə cütlüklərə də öz uşaqları olmasına imkan yaradılır.

Konkret üsulun seçilməsi isə cütlük üzvlərində sonsuzluğa səbəb olan faktorlardan asılı olaraq hər bir halda həkim tərəfindən müəyyən edilir.

Bütün (surroqat analıqdan başqa) köməkçi reproduktiv üsulların tətbiq edilməsinə qarşı olan əks-göstərişlər aşağıdakılardır:
- hamiləliyin olmasına əks göstəriş olan xəstəliklər zamanı;
- uşaqlığın olmaması və ya onun strukturunda olan anomaliyalar nəticəsində hamiləliyin baş verməsi mümkün olmadıqda;
- istənilən qadın cinsi orqanında olan xərçəng xəstəliyində;
- endometriyanın polipləri və hiperplaziyaları;
- uşaqlığın cərrahi müdaxilə tələb edən xoşxassəli şişləri;
- orqanizmin istənilən kəskin iltihabi xəstəlikləri.

Əksər hallarda həkimə müraciət edən cütlüklərdə süni mayalanma yolu ilə doğulan uşaqların tam yararlı olub-olmaması barədə suallar yaranır. Statisik məlumatlara əsasən, süni mayalanma yolu ilə doğulan uşaqların sağlamlığında olan anadangəlmə patoloji pozğunluqların sayı, təbii yolla doğulan uşaqların sağlamlığında olan anadangəlmə patoloji pozğunluqların sayından artıq olmur.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!