Cəmiyyətimizi tənqidə və sözə qarşı dözümsüz edən səbəblər

Cəmiyyətimizi tənqidə və sözə qarşı dözümsüz edən səbəblər
Xəstəliklər və müalicəsi
10.09.2017 15
Elnur Rüstəmov: "Əgər bir insanda dünya görüşü geniş olarsa, həmin şəxsin proses və hadisələrə də yanaşma tərzi də müxtəlif olacaq”



İnsanın psixi sağlamlığı vacib amillərdən hesab edilsə də təssüflər olsun ki, Azərbaycan cəmiyyətində psixoloji baxımdan problemli insanların sayı günü-gündən artmaqdadır. Bunun nəticəsidir ki, insanlarımız adi bir sözdən və ya hərəkətdən əsəbləşərək qeyri-adekvat münasibət sərgiləyirlər. Araşdırmalara görə, intihar edən şəxslərin bir çoxu məhz ən kiçik bir hadisə və ona deyilən tənqidə qarşı dözümsüzlük nümayiş etdirərək belə bir addım atırlar.



Bəs cəmiyyətimizi tənqidə və sözə qarşı bu qədər dözümsüz edən səbəb nədir?



Mövzu ilə bağlı AzadXeber.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, son zamanlar tez-tez eşitdiyimiz hadisələrdən biri də insanların boş və mənasız şeylər üstündə intihar etmələridir. Buna misal kimi 2 gün öncə Masallıda toy məclisində "çıtma çalmaq” üstündə özünü intihar edən gənci göstərmək olar:



"Ümumiyyətlə hər bir insanın yaşamış olduğu dəyərlər sistemi var. Həmin dəyərlər insan üçün çox doğma olur. O, sistem bir gün dağılır. Bu halda insan depressiyaya düşür və hər şeydən ümidini kəsir. Nəticədə çıxış yolu axtarır və bunu yanlış olaraq özünə intihar etməkdə görür. Ona görə də, insan birinci növbədə dünya görüşünü genişləndirməlidir. Əgər bir insanda dünya görüşü geniş olarsa, həmin şəxsin proses və hadisələrə də yanaşma tərzi də müxtəlif olacaq. Belə olan halda isə, intihar artıq arxa plana keçəcək”.



Elnur bəy təəssüflə qeyd etdi ki, bir qism insanların konkret bağlandığı məqam və dəyərlər var: "Onlar həyatını tamamilə anasının, sevgisinin və ya hər hansı mülkü obyektinin üzərində quran şəxslərdir. Bu dəyərlər əllərindən çıxan kimi depressiyaya düşür və çıxış yolunu da intiharda görürlər. Bütün bunlar onu göstərir ki, insanı həyata tutan çox şeylər olmalıdır. Həyatlarında rəngarənglik nə qədər çox olarsa, bir o qədər də intihar riski azalar.”



Müsahib əlavə olaraq onu da qeyd etdi ki, bu cür hadisələrin qarşısını almaq üçün müəyyən qədər maarifləndirmə işləri aparılmalıdır: "Düzdür, bu gün maarifləndirmə işləri aparılır. Ancaq bu sistemli şəkildə təşkil edilsəydi daha yaxşı olardı. Bunun üçün, həm uşaq bağçalarında, həm də orta məktəblərdə geniş işlərin görülməsinə ehtiyac var. Bu gün bağçalarda müəyyən qədər fəaliyyət göstərən psixoloqlar var. Amma, fikrimcə ən əsası kadr hazırlığına daha çox diqqət ayırmaq lazımdır. Ən acınacaqlı hal isə, bir çox insanların psixoloqa getməklə bağlı kompleks yaşamasıdır. Düşünürlər ki, birdən mənə dəli deyərlər.”



Psixoloqun sözlərinə görə, bəzən uşağına görə onlara üz tutan valideynlərə diqqət edəndə, övladındakı problemlərin çoxunun məhz valideyndən qaynaqlandığı məlum olur: ”Bir az söhbət etdikdən sonra isə, valideyn özü etiraf edir ki, gərək çoxdan gələrdim. Kiminsə sözünə qınağına qulaq asmazdım. Bu da, insanların təfəkküründə psixoloqun bir dəli həkimi kimi formalaşdığını göstərir. Buna görə düşünürəm ki, uşaq bağçası və orta məktəblərdə psixoloqa və psixoloji dərslərə ehtiyac çoxdur.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!