Breketlər haqqında bilmədikləriniz - VİDEO

Breketlər haqqında bilmədikləriniz - VİDEO
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Dişlərin ağızda düz yerləşməməsi (əyri dişlər və s.) tək kosmetik defekt deyil.

Bir çox hallarda bu digər pozulmalara - dişlərin dağılmasına, damaqların iltihabına, ağır vəziyyətlərdə güclü ağrılara, hətta çənənin bir tərəfə əyilməsinə səbəb ola bilər. Xüsusi breket-sistemləri dişlərin düz yerləşməməsi problemini həll edir. Breket-sistemlərinin quraşdırılması ilə həkim-ortodont məşğul olur.

İlk növbədə həkim xəstəni müayinə edir, dişlərlə bağlı olan bütün problemləri (diş daşı, karies, damaqların iltihabı və s.) həll edir və yalnız bundan sonra breket-sistemi quraşdırılır. Breket-sistemlərin quraşdırılması üçün ən optimal yaş həddi - 12-18 yaşlar arasıdır. Uşaqda bütün süd dişləri daimi dişlərlə əvəz olunmalıdır.  Daha böyük yaşlarda da breket-sistemləri insana kömək edə bilər. Lakin burada müalicə müddəti daha uzun olur.

Breket-sistem xüsusi kiçik qıfılcıqlardan və qövsdən ibarətdir. Qövs öz formasını "yadında saxlayır" və dartılaraq dişləri düzəldir. Breket-sistemin quraşdırılması ağrılı deyil və təxminən 1,5- 2 saat çəkir. İlk 3 gün ərzində (bəzən bundan da artıq) pasient müəyyən ağrılar hiss edə bilər. Bəzən həkim pasientə ağrısızlaşdıran preparat təyin edir.

Breket-sistemlərin taxılması kifayət qədər uzun müddət əhatə edir - 1-2 il. Müəyyən fasilələrlə pasient ortodontun müayinəsindən keçir, həkim lazım olan manipulyasiyaları edir (sistemin vəziyyətinə nəzarə\t edir, gövsü boşaldır, dartır və s.).

Daha sonra sistem çıxarılır və pasientə xüsusi profilaktik vasitənin taxılaması (reteyner) təyin olunur.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!