Ailədaxili şiddət və uşaqlar

Ailədaxili şiddət və uşaqlar
Xəstəliklər və müalicəsi
10.09.2017 49
"Narınc” Uşaq Psixologiya Mərkəzinin psixoloqu Vəfa Rəşidovanın məqaləsini təqdim edir.
 
Bu dəfə ailədaxili siddətin uşaqların psixologiyasına nə kimi təsir etdiyindən söhbət açmaq istəyirəm.
 
Diqqət etsək, bu gün bir çox ailələrdə şiddətə rast gəlmək olur. Çox təəccüblü olsa da, bəzən bu kimi şeylərə normal hal kimi yanaşanlar da olur. "Bizimlə də uşaqlıq illərimizdə belə davranıblar”, - deyib özlərini müdafiə etməyə çalışırlar. Bəli, əlbəttə ki, hər bir insan öz yaşadığı həyatını, keçmişini şuüraltı bugünki həyatına köçürür. Amma bu o demək deyil ki, valideyn uşaqlıqda şiddətə məruz qalıbsa, bunu öz uşağına köçürməlidir. Bir valideyin öz uşağını şəxsiyyət olaraq görmək istəyirsə, ona bir fərd kimi yanaşması daha doğru olar. Bəli, bu gün valideyn uşağın hansısa bir səhvinə görə şiddət göstərə bilər, amma baxaq, görək sabah həmən uşaq özü-özünü fərd kimi görəcəkmi? Eynən yuxarda qeyd etdiyim kimi yaşadığı həyatı öz ailəsinə, uşaqlarına köcürmə ehtimalı daha çoxdur, nəinki bacarıqlə, anlayışlı ailəni idarə edən bir insan. Hər bir valideyn qarşısında uğurlu, bacarıqlı bir bir övlad görmək istəyir. Ancaq şiddət görən uşaqlar özgüvənsiz böyüyürlər. Və təbii ki, gələcəkdə cəmiyyətdə özlərini doğrulda bilməyəcəklər. Bir valideyn ki, özü öz əlləri ilə uşağının özgüvənini və yaxud fərd olaraq özünə hörmətini öldürürsə, burda hansı uğurdan söhbət gedə bilər? Özgüvənsiz bir uşağın gələcəkə hər hansı məqsədlərə catmağa motivasiyası belə olmaz. Məhz elə şiddətin nəticəsində uşaqlar həyatda "zəif bənd” olar! Valideyn ilk öncə öz uşağını yaxşı tanımalıdır. Onu hiss etməlidir. Təbii ki, valideyn uşağın səhvini anlatmalıdır. Amma tənqid formasında deyil. Cünki tənqid ev quşları kimidir, insın özünə qayıdar. Biz kölə deyil, şəxsiyyət formalaşdırıb cəmiyyətə sağlam ruhda böyüyən bir övlad böyutməliyik. Qorxu hissi ilə böyüyən uşaqların qorxuları onların həyatında bir ömür öz izini buraxır. Şiddət uşaqlara heç nə vermır, əksinə, onların gələcəkdə həyata, insanlara olan güvənini əllərindən alır. Şiddət deyərkənan tək uşağın aşağılanmasını və yaxud döyülməsini nəzərdə tutmuram. Gözü önündə ata uşağın anasını döyməsinə də şiddət deyilir. Bir uşaq bu kimi mənzərənın şahidi olarsa, bu, birmənalı olaraq uşağın şəxsiyyətinin əzilməsidir. Nəticədə ata və uşaq arasında emosional bağın qırılmasına səbəb olur. Şiddətə məruz qalan uşaqlarda gələcəkdə ünsiyyət problemi, özünə qapanma, inamsızlıq, qorxu, ailə qurma qorxusu kimi problemlər özunü göstərir. Uşaqlar şiddəti unutmurlar! Əziz valideynlər, sadəcə uşaqlarınızı dinləməyi bacarın. Hətta ən adi uğurlarına görə də onları tərifləyin, bu vaxt öz etiraflarınızda səmimi, təriflərinizdə səxavətlu olun. Uşaqlardan sevginizi əsirgəməyin. Və onda siz əsl özgüvənli, şəxsiyyətli övlad qazanmış olarsınız. Adam haqda yaxşı rəy söyləyin ki, o, buna uyğun şəkildə yaşasın. Uşaqlar Sizə Allah tərəfindən verilən ən gözəl paydı və bir sınaqdır. Onları sadəcə sevın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!