Sonsuzluğun müalicəsi zamanı çox hamiləlik ehtimalı

Sonsuzluğun müalicəsi zamanı çox hamiləlik ehtimalı
Xəstəliklər və müalicəsi
10.09.2017 12
Məlum olduğu kimi çox hamiləlik əksəriyyət ilə  əkiz və daha çox uşağa hamilə qalmaq deməkdir. Sonsuzluğun  müalicəsi çoxlu hamiləlik riski  normal hamiləliklə nisbətdə daha çoxdur. Bir uşağa sahib olmaq istəyərkən iki və ya ikidən çox uşağa hamilə qalmaq bəlkə sizə xoş təsir göstərə bilər, lakin bu vəziyyət sadəcə bundan ibarət deyildir. Çoxlu hamiləllikdə  ana və uşaqların həyatını ciddi təhlükə ilə üz-üzə qoya bilər. Səhifəmizdə sonsuzluğun müalicəsi zamanı çoxlu hamiləlik və riskləri nəzərdən keçirərik.



Birdən Çox Hamiləlik Ehtimali Nə Qədərdir?

Çoxlu hamiləlik riski tətbiq edilən müalicə forması  ilə  nisbətdir və  ehtimal olduqca yüksəkdir. Müalicə  zamanı birdən çox folikulun formalaşması təqdirdə hamilə qalan qadınların  üçdə bir hissəsində birdən çox hamiləlik riski aşkar olunur. Müalicə zamanı hər zaman bu ehtimallar diqqətə alınır və risklərin minimuma endirilməsi üçün bir çox metodlara baş vurulur. Bu metodlar haqqında daha sonra danışacağıq, lakin ilk əvvəl birdən çox hamiləliyin ana və uşağa verəcəyi zərərlərə nəzər yetirək:

Birdən Çox Hamiləliyin  Anaya Verdiyi Ziyanlar

Əgər hamiləsinizsə və birdən çox uşağa hamilə qalmısınızsa hamiləlik zamanı bəzi sağlamlıq problemlər özünü büruzə verə bilər. Uşağın içində olduğu amniotik maddə lazımı səviyyədən daha çox ola bilər və bu hal heç də yaxşı hal deyil. Amniotik maddə həddindən çoxdursa bu zaman hamiləlik riski daha çoxdur.

Birdən çox hamiləlik zamanı doğuşun  qeysər yolu ilə  həyata keçirilməsi ehtimalı böyükdür. Doğuş zamanı  bir çox problem meydana gələcək və həm ana həm də uşaqlar ciddi risklə qarşılaşa biləcəklər.



Birdən Çox Hamiləliyin Uşağa Verdiyi Ziyanlar Hansılardır?

Birdən çox hamiləliyin ən böyük ehtimallarından biri premature doğuşdur (vaxtından əvvəl doğuş) tədqiqatlara əsasən birdən çox hamiləlikdə vaxtından əvvəl doğuş təxmin edildiyindən də yüksəkdir. əkiz usaqların 50%-i, üçüz uşaqların  isə 90%-i  vaxtından  əvvəl doğulur. Vaxtından əvvəl doğuş körpələrində sağlamlığına ciddi ziyan vura bilər. Məsələn;

vaxtından əvvəl doğulan uşaqların ağciyərləri  kifayət qədər inkişaf etməz və buna bağlı olaraq nəfəs almaq problemi yaşaya bilər.birdən çox hamiləlik zamanı uşaqlar eyni plasenta daxilində   lazımi qədər qidalanmaya bilərlər.

normadan daha yavaş böyüyürlər

doğulan uşaqların  çəkisi normadan az olur və bu zəiflik, xəstəlik və hətta ölümə gətirib çıxarır.

birdən çox hamiləlikdə  əkiz  və daha çox  doğulan uşaqların beyin  və əsəb  sisteminin inkişafı müddətində hər hansı bir problemin meydana gəməsi ehtimalı yüksəkdir. Beyində anormallıq müəyyən problemlərin ən geniş yayılmış formasıdır.



Birdən Çox  Hamiləlik Riskini Necə Azaltmaq Olar?


İlk növbədə sonsuzluğun müalicəsi zamanı qəbul etdiyiniz dərmanları və dərmanların dozasını mütləq həkiminizin nəzarətində olmalıdır. Sonsuzluğun müalicəsi  zamanı qəbul etdiyiniz dərmanlar bədəninizin  normaldan çox  yumurta  əmələ gətirməsində töhfə verə bilər. Həddindən çox yumurta  birdən çox hamiləlik riski kimi başa düşülür və bu ehtimala qarşı həkiminiz müalicəni dayandıra bilər. Həkiminiz müalicəsini yarıda saxladıqdan sonra  sizi və tərəf müqavilinizi  cinsi əlaqədə olmağınızla bağlı xəbərdar edəcəkdir.

Süni mayalanma yolu ilə müalicə aparılırsa əgər  bu zaman  embrionların köçürülməsi zamanı bir və yaxud iki embrion köçürülməsi  birdən çox hamiləlik riskini azalda bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!