Sonsuzluqda xarici faktorlar

Sonsuzluqda xarici faktorlar
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Hərarət, toksin, kimyəvi maddələr və s. kimi xarici amillərə məruz qalmaq spermanın funksiyasını zəiflədir. Bu faktorlar aşağıdakılardır:

Həşərat dərmanları: Etil dibromit və organafosfatlar kimi həşərat dərmanlarının təsirinə məruz qalan kişilərdə sperma sayı azalır. Həşərat dərmanları eyni zamanda testis xərçənginə də səbəb ola bilir. Qeyd edək ki, tədqiqatlar kənd təsərrüfatı ilə məşğul olan və ya o ərazilərdə yaşayan kişilər üzərində aparılmışdır.

Ağır Metallar: Qurğuşun və ya digər metalların təsirindən sonsuzluq xəstəliyi əmələ gəlir.

Radiasiya və ya Rentgen şüaları: Radiasiyanın təsirinə məruz qalmaq spermanı zəiflədir. Nəticə etibarı ilə onu yenidən əvvəlki vəziyyətinə çatdırmaq üçün illər lazım olur. Əgər radiasiya və ya rentgen şüaları həddindən artıq çox təsir edibsə, o zaman sperma zəifləyir və əvvəlki vəziyyətinə qaytarmaq qeyri-mümkün olur.

Testislərin həddindən artıq isidilməsi: Sauna və jakuzilərdən çox istifadə nəticəsində sperma sayı müvəqqəti olaraq azalır. Uzun müddət oturaq həyat sürmək və dar paltarlar geyinmək də bu nəticəyə gətirib çıxarda bilir.

Velosiped:  Uzun müddət velosiped sürmək də testislərin qızmağına səbəb olur. Və bunun nəticəsində sonsuzluq əmələ gəlir. Velosiped oturacağının təzyiqi nəticəsində həmin bölgədə hissiyyatsızlıq və ya sərtləşmə meydana gələ bilir.

Sağlamlıq, həyat tərzi və başqa səbəblər…

Kişilərdə olan sonsuzluğun səbəbləri:



Narkotik maddə istifadəsi:  Əzələ və bədən formalaşdırmaq üçün istifadə olunan anabolik streroid testisləri kiçildir və spermanı azaldır. Kokain və nəşə də sperma sayını və keyfiyyətini aşağı salır.



Spirtli içki qəbulu:
   Hədsiz dərəcədə alqol içki qəbulu sərtləşməyə və sperma sayının azalmağına səbəb olur. İçki nəticəsində meydana gələn qaraciyər xəstəlikləri isə təbii olaraq sonsuzluğa gətirib çıxardır.



Siqaret
:  Qeyd etdiyimiz kimi, siqaret çəkən kişilərdə sperma sayı çəkməyənlərlə müqayisədə xeyli aşağıdır.



Stress
:  Stress spermanın yaranması ilə bağlı olan bəzi hormonlara mənfi təsir edə bilər. uzun müddət davam edən stress sperma sayına daha çox təsir edir və bunun nəticəsində sonsuzluq əmələ gəlir.

Vitamin çatışmazlığı:  C vitamini, selenium, sink və fosfat maddələrinin çatışmazlığı səbəbi ilə kişilərdə sonsuzluq xəstəliyi yaranır.



Çəki
:  Həddən artıq çəki kişilərdə bəzi hormonal dəyişikliklərə səbəb olur. Eyni ilə çəkisi az olan kişilər də eyni problemlə qarşılaşa bilərlər. Çəkinin normal olmamağı onlarda sonsuzluq əmələ gətirə bilər.



Yaş
: 35 yaşını keçmiş kişilərdə törəmə qabiliyyəti azalır.



Risklər

Kişilərin sonsuz olmağının səbəbləri:

35 yaşını keçmək

Siqaret çəkmək

Alqol içki qəbulu

Narkotik maddə istifadəsi

Artıq çəki

Az çəki

Hər hansı infeksiya keçirmiş və ya keçirən

Toksinlərə məruz qalmaq

Testislərin hədsiz qızması

Vazektomiya

Genetik sonsuzluq

Şişlər və ya xroniki xəstəliklər

Bəzi dərmanlar, xərçəng cərrahiyyəsi və ya radioterapiya

Uzun müddət velosiped sürməkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!