Dünyanın ən dəhşətli xəstəlikləri

Dünyanın ən dəhşətli xəstəlikləri
Xəstəliklər və müalicəsi
10.09.2017 52
Dünyada hər il yeni xəstəliklər, viruslar aşkarlanır.

Bunların əksəriyyəti müalicə oluna bilsə də, bir çox nadir xəstəliklər var ki, insanlar bu xəstəliklərlə bir ömür boyu yaşamalı olurlar.

Oxuculara dünyada rast gəlinən ən nadir 14 xəstəliyin adlarını, onların xüsusiyyətlərini və fotolarını təqdim edirik:

Sirenomelia - "Dəniz qızı" sindromu. Bu xəstəlikdən əziyyət çəkənlər doğulanda yapışıqlı ayaqlarla doğulurlar.

Proteus sindromu - bədənin müəyyən yerləri böyüyür və bu böyümə dayanmır. Nəticədə bədənin quruluşu dəyişir.

Progeriya - "80 yaşlı uşaq" sindromu. Bu xəstəlikdən əziyyət çəkən uşaqların bədəni yaşlı insan bədəninə oxşayır.

Porfiriya - "Vampir" xəstəliyi də adlandırılan bu xəstəliyə düçar olanlar günəş şüalarına qarşı həssas olurlar. Günəş şüaları ilə ən cüzi təmas dəridə yanma və ağrılara səbəb olur.

Mikropsi - bu xəstəliyin başqa adı "Alisa Möcüzələr Diyarında"dır. Mikropsi sindromlu insanlar əşyaları olduğundan çox daha kiçik görürlər.

Esthesioneuroblastoma (ENB) - nadir rast gəlinən şiş xəstəliyidir. Fransada bu xəstəliyə düçar olan 53 yaşlı bir qadın ölkə başçısından eftananaziyasını istəmişdi. Lakin onun istəyi qəbul edilməmişdi.

Elefantiyazis - "fil xəstəliyi" və ya "fil adam" da adlandırılan bu xəstəlik tropik bölgələrdə bəzi növ soxulcan sürfələrinin bədənə daxil olması ilə əmələ gəlir.

Baloncuk - dəri üzərində yaranan şişlər getdikcə böyüyür və bütün bədənə yayılır. Dünyada yalnız bir neçə insanda rast gəlinib.

Hematidrosis - ağlayan zaman insanların gözündən qan axır. Öz-özünə də sağala bilər. Lakin bəzən həkim müdaxiləsi də tələb olunur.

F.O.P. xəstəliyi - bədəndəki əzələlər getdikcə sümüyə çevrilir.

Kotard sindromu - "Ölü adam" xəstəliyi. Psixoloji xəsətlikdir. Bu xəstəliyə tutulan insanlar özlərini ölü kimi hiss edirlər və bədənlərinin çürüdüyünü, parçalara ayrıldığını düşünürlər.

Akromeqali - böyümə xəstəliyidir. Bədəndə xüsusilə üz, əl, ayaqlar durmadan böyüyür.

Ağac xəstəliyi - əl və ayaqlarda çıxan ziyillər getdikcə daxilə nüfuz edərək kök atır və ağac kökü və gövdəsi şəklini alır.

"Xarici əl" sindromu - bu xəstəlikdən əziyyət çəkən insanlar əllərinin birinə nəzarət edə bilmir. Əl və qol öz-özünə hərəkət edir və xəstə bu hərəkətləri idarə edə bilmirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!