Cinlər, şeytanlar, insanın mistik qorxuları: QARABASMA

Cinlər, şeytanlar, insanın mistik qorxuları: QARABASMA
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Hər birimizin ən az bir dəfə başına gələn qarabasmanın (yuxu iflicinin) xalq arasında olan anlayışı və elmi tərəfləri...
Qarabasma yuxu iflicidir. Lakin el arasında yuxuda qorxulu hadisələr görmək kimi bilinir. Türk xalq inancında bu, kabus cindir və bəzi inanclara görə bu cinin "Karakura” və ya "Kamos” adlı bir varlıq olduğu düşünülür. Eyni zamanda, bizdə də ruh sözü həm də qarabasma kimi işlənir.
Pis niyyətli olduğu düşünülən bu varlığın həyəcan və psixoloji problemlərə yol açdığı təxmin edilir. Həmçinin yuxuda və doğuşdan sonra ölənlərin də bu varlıqların hirslərinə qurban getdiyi rəvayət edilir.
Uşaq yaşlarımızdan bəri onlar bizə tüklü, şapkalı, qarınlarında yarıq və ağzımızı bağlayan varlıq kimi təsvir edilib. Lakin batil inancları bir kənara atıb işin elmi tərəfinə nəzər salaq.
Yuxunun müəyyən dövrləri vardır ki, bunlardan biri də REM (Rapid eye movement -sürətli göz hərəkəti) yuxusudur. Yuxudan oyanmağımıza rəğmən REM yuxusundakı fizioloji iflic halı (göz və tənəffüs) biz oyanan kimi açılışmır. Yəni belə desək, beynimiz oyansa da bədənimiz oyanmır.
Bu mərhələlərdə oyanmağımız şüurumuzun açıq olmasına baxmayaraq, bədənin tərpənə bilməməsinə səbəb olur. Yəni bu müddətdə bir neçə dəqiqə hərəkət edə bilmirik və əzələlərimizi çox çətinliklə işlədirik.
Bizə nəyinsə mane olduğunu hiss edirik, lakin qışqırmaq istəsək də qışqıra bilmirik. Bəs bədənimiz belə bir reaksiya verməsəydi bizə nə olardı?
Əgər əzələlərimiz işləməsəydi, yuxuda gördüyümüz hər şeyi real həyatda da etməyə çalışardıq. Amma xoşbəxtlikdən bu hərəkətləri beynimizdəki "Locus Coeruleus” əngəlləyir.
Qarabasmanın səbəblərinə gələndə isə bunun bir çox səbəbi var…
Beli üstə yatanda çox qısa müddətlik qan dövranı eyni səviyyədə qalır və ya dayanır. Sadəcə kiçik bir hərəkətlə, məsələn, barmağınızı tərpətməklə qan dövranını yenidən normal qaytara bilərsiniz.
Qarabasma daha çox 4-12 yaş arası uşaqlarda və 20 yaşlı qızlarda rast gəlinir. Bu hadisəni hər kəs həyatının müəyyən bir dövründə yaşayır. Yəni panikaya ehtiyac yoxdur.
Əl-qərəz, uşaqlıqdan bəri "qarabasma” adı altında izah edilən hekayələr şüuraltımıza yüksək səviyyədə təsir edir. Ən yaxşısı, vəziyyətin fərqində olmaq və buradan yola çıxaraq hərəkət etməkdir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!