Qışda xəstələnməmək üçün bunu etməlisiniz

Qışda xəstələnməmək üçün bunu etməlisiniz
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Cəmi 50 qəpiyə evdə vitamin kokteyli.
Sağlam həyat tərzinə kompleks yanaşmaq lazımdır. Orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaq gərəkdir. Qışın şaxtaları sizi xəstələndirməsin deyə ev şəraitində hazırlana biləcək faydalı vitamin kokteyli reseptini təqdim edirik.

İnqredientlər:

1 ədəd alma
1 ədəd kök
2 ədəd çuğundur
Zəncəfil şirəsi
1 paket C vitamini (askorbin turşusu)
Şirə çəkən maşından bütün inqredientlərin şirəsini çəkirik və qarışdırırıq. Alınan mayeyə bir qədər askorbin turşusu əlavə edirik. Bu iksiri  yorğunluğun aradan götürülməsi, taqətsizlikdən xilas olmaq və immuniteti qaldırmaq üçün istifadə edə bilərsiniz.
Kokteylin tərkibindəki çuğundur şirəsi yaddaşı yaxşılaşdırır, damarda qanın daha yaxşı axmasını təmin edir.
Kokteylin hazırlanması 10 dəqiqədən çox vaxtınızı almayacaq, qiyməti isə 50 qəpikdən çox olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!