Sağlam Olun

Sağlam Olun
Xəstəliklər və müalicəsi
10.09.2017 32
Əgər sağlam və gümrah olmaq istəyirsinizsə, ilk növbədə, səhhətinizin qayğısına qalın.
Bunun üçün hər kəs ən azı aşağıdakı qaydalara əməl etməlidir:
 Çalışın tək qalmayın, dostlarınızın əhatəsində olun, özünüzə qapılmayın.
 Çalışın ki, həmişə sağlam əhval-ruhiyyədə olasınız.
 Ruh yüksəkliyi üçün əsas "vitaminin” nikbinlik olduğunu unutmayın. Nikbinlik orqanizm üçün də ən gözəl "vitamindir”. Bədbin insanlardan uzaq olmağa çalışın. Yeri düşdükcə gülməyə can atın, hətta çətin olsa belə...
 Xəstəliklərdən uzaq olmaq üçün əsas şərt bədən-ruh tarazlığını qorumaqdır. Buna görə də, yeni ildən sağlamlığınızı davamlı olaraq nəzarətdə saxlayın.
 Orqanizmin fəal və gümrah olması qidalanma və yuxu rejimi ilə yanaşı, stresdən də çox asılıdır. Yeməyinizə, həyat tərzinizə fikir verin. Yaşa dolduqca daha az kalorili yeməklərdən istifadə etməyə çalışın. Təzə və təmiz qidalar yeyin. Bu mənada meyvə-tərəvəz əvəzolunmaz sayıldığı üçün bu nemətlərdən daha çox istifadə edin. Hər gün ən azı 1,5 litr su için, az yağlı yeməklər yeyin. Yuxu probleminiz varsa, həkimə müraciət edin.
 Gündə bir-iki fincan qəhvə için, lakin qəhvənin çox olması da beyinə ziyandır. Kimyəvi tərkibli ərzaqlardan uzaq olun. Nə çox duz, nə də çox şəkər istifadə edin.
 İnsanın ruh yüksəkliyində inam böyük rol oynayır. İnamlı insan özünü daha nikbin hiss edir. Özünə inam hissi qorxu və həyəcan kimi xəstəliyə səbəb olan amilləri azaldır.
 Araşdırmalar göstərir ki, xroniki xəstəliklərin əksəriyyəti (məsələn, damar sərtliyi, hipertoniya, şəkər xəstəliyi, bel, qarın nahiyəsində yığılan yağlar) çəkinin artması nəticəsində meydana çıxır. Bunun üçün çəkinizi həmişə normada saxlamağa çalışın.
 Yuxarıda göstərilən qaydalara əməl etsəniz, orqanizminizi xəstəliklərdən qoruya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!