Diş niyə məhz gecə ağrıyır?

Diş niyə məhz gecə ağrıyır?
Xəstəliklər və müalicəsi
10.09.2017 87
Diş ağrısı niyə gecələr başlayır?
Diş ağrısı səbəbiylə həkimə getdiyinizdə həkimin sizə ilk verdiyi
sual ağrını təsvir etməkdir. Dişiniz gecə ağrıdımı, sizi yuxunuzdan
oyandırdımı?
Ağrı insandan insana fərqlilik göstərən subyektiv qavrayışdır.
Birində ağrı daha şiddətli olduğu halda, o birində kiçik sızıltı kimi
ortaya çıxar.
Diş ağrısı da belədir. Ağrıya dözümü olmayanlarda ən xırda çürük belə
ağrıya səbəb olur. Əslində bu daha yaxşıdır. Çünki ağrıya dözümü çox
olan insanlar xırda ağrılar zamanı deyil, çürük böyüyüb daha şiddətli
ağrıya səbəb olduğu zaman həkimə gedirlər. Ancaq gecə yaşanan diş ağrısı
hər kəsdə eyni yaşanır və heç də yaxşı bir şey deyil.
 
Diş niyə məhz gecə ağrayır?

Dişlərimiz xarici ortamla əlaqədə olan tək orqandır. Dişin görünən
qismində çürük,  iltihab olarkən sümüyün altındakı qismində itihabın
müqaviməti çətinləşir. Dirənə bilməyən bu iltihab təzyiq və zoqquldama
kimi şiddətli ağrıya səbəb olur.
Gecə 03:00 radələrində gün işığından gün boyu aldığımız fayda
tamamilə bitir. Bədəndə hormon dəyişikliyi yaşanır. Bədənin maddələr
mübadiləsi sıfıra enir. Yatarkən yalnız hüceyrələrdə yenilənmə və
yaxşılaşma funksiyası davam edər. Qan hüceyrələri problemli bölgələrə
hücum edərək yaraları oyandırmağa və hüceyrələri yeniləməyə çalışır. Qan
hüceyrələrinin miqdarının çox olması həmin ağrılı bölgədə artıq təzyiqə
səbəb olur. Məhz ona görə həmin gecə yarısı sümük arasında sıxışan
hüceyrələrin təzyiqi ilə ağrı gecə ortaya çıxır.
 
Gecə yarısı başlayan diş ağrısı üçün dişin üzərinə aspirin, sarımsaq,
kolonya kimi maddələrin qoyulması yumşaq toxumalara zərər verəcək və
ikinci dərəcəli ağrılara səbəb olacaq. Qısa müddətdə həkimə gedə
bilməsəniz üzünüzdə şişkinlik yaranarsa, üzərinə soyuq kompres qoyun.
Ağrıkəsicilər istifadə edin. Dişinizin üzərində çürük varsa, çürüyün
içərisində yemək qalmamasına diqqət edin, yaxşı fırçalayın. Çürüyün
içində yemək qalması ağrını daha çox artırr. Qərənfil yağı da diş
ağrısına yaxşı təsir edə bilər.
Ancaq bunlar bir kənara, bir yeriniz ağrıdısa mütləq həkimə gedin .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!