Orqanizmin "filtri" - dalaq

Orqanizmin
Xəstəliklər və müalicəsi
10.09.2017 85
Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.
 
Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi
araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar
səviyyəsində yerləşir.
Normada böyüklərdə dalağın uzunluğu - 11-12, eni - 6-8 sm,
çəkisi - 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir.
Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə
bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz
bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM
zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion
xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə
bilər (buna "splenomeqaliya" deyilir). Böyümüş dalaq öz kapsulunu
dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ
gəlir. (Kapsulun ağrı reseptorları var.)
Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal
hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda
bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun
sisteminin zülalları) hazırlanır.
 
Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan
keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan
təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri
də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi
onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki,
hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır
ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə
bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng
xəstəliklərinin əsas risk faktoru sayılır.
Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör
bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir
mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha
sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə - "splenektomiya")
insanın immun sisteminin zəiflənməsinə səbəb olur.
Bundan əlavə dalaq qanda köhnə, xəstə, "keyfiyyətsiz" eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.
Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.

Dalaq orqanizmdə trombositlərin deposudur.
 Bu qan
hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin
edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə
saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın
müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.)
xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin
artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda
trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda
trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır
pozulmaların əsas səbəbidir.
Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!