Həyatı xoşbəxt yaşamaq istəyənlərə məsləhət

Həyatı xoşbəxt yaşamaq istəyənlərə məsləhət
Xəstəliklər və müalicəsi
10.09.2017 65
Evinə gələn hər kəsi isti qarşıla.
İlk əvvəl iki şeyi bilmək lazımdır: Tək olanda və başqalarının ətrafında necə olmaq.
Nəyəsə inanmaq üçün onun doğru olduğunu bilmək vacib deyil.
Süd, qızılgül, bulka və giləmeyvə - evdə olmayan birinin gəlişini qeyd etməyin ən yaxşı yoludur.
Hətta ən yad insanlar belə nə vaxtsa lazım ola bilər.
Evini isti, heyvanları tox saxlayan insan qəhrəman hesab edilməlidir.
Bəzən təklik və sakitliyə ehtiyac duyursan və bunda pis heç nə yoxdur.
Cəza kimisə yaxşı olmasına məcbur etməyin düzgün yolu deyil.
Bəzən ağlamaq yaxşıdır – bu, böyüməniz üçün sizə lazım olan şeydir.
Elə an olur ki, sizə lazım olan tək şey dostlarınızla söhbət etmək olur.
Borc və azadlıq arasında tarazlıq yaratmaq lazımdır.
Gecələr səyahət edin.
Sözün əsl mənasında hər kəs mahnı bəstələməlidir.
Hər kəs ona vaxtından-vaxtına yaxşı hekayə danışılmasına ehtiyac duyur.
Hisslər ağırdır və hər zaman məna kəsb etmir.
Hər kəs yuxuda olanda oyanmaq daha gözəldir.
Bəzən insan özü belə hisslərinin öhdəsindən gələ bilmir.
Ailədən nəyisə oğurlamaq çətindir.
Ən yaxşı şlyapa silindirdir.
Gecə qorxulu, möhtəşəm ola bilər, bu, əhatə dairəsindən asılıdır.
Su yalnızca içmək üçün lazım olmaya bilər.
Bəzən kimisə sakitləşdirmək üçün edilə biləcək tək şey yanında olduğunu xatırlatmaqdır.
Pullu insanlar hər zaman sizə yol göstərməyə çalışar, ancaq onların gülləri yoxdur.
Bəzən yalnız olmaq belə çox qorxuludur.
Bizdən dəyərsiz biri üçün belə məsuliyyət hiss edirik.
Həmişə gerçək yaşa.
Bəzən bir şeyin cavabını bilməkdənsə sirli qalması daha yaxşıdı.
Sizi sevən biri bacarıqsız olmanıza fikir verməz.
Sizə evdə saxlaya biləcəyiniz əşyalar deyil, dostlar lazımdı.
Hər kəs istilik və işığa ehtiyac duyur.
Təbiətdə olduğunuz müddətcə heç vaxt darıxmarsız.
Bir dəfə yaşayırıq.
Hətta ən kədərli şeylər belə onlara yaxşı davrandığınızda kədərli olmur.
Həyat gözəldir.
Planlarınız sizi qeyri-adi şəkildə xoşbəxt edəcək qədər qeyri-adi olmalıdır.
Ən çox halda son – başlanğıc olur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!