Bu hərəkət barmaqları zəiflədir

Bu hərəkət barmaqları zəiflədir
Xəstəliklər və müalicəsi
10.09.2017 37
Barmaqlarınızı şaqqıldatmaqdan əl çəkin! Çünki bu zaman oynaqlar zəifləyir və uzunmüddətli problemlər yarana bilər.
Mütəxəssislər bir çoxumuzun vərdiş halına gətirdiyi barmaqları şaqqıldatmaqdan əl çəkməyi tövsiyə edirlər. Okan universitetinin fizioterapiya və reabilitasiya bölməsinin həkimi Batıq Şenbursa barmaq şaqqıldatmaq vərdişinin mənfi təsirləri haqqında aparılan tədqiqatda əldə edilən nəticələr haqqında məlumat verib:
"Bu tədqiqatda barmaqlarını şaqqıldadan 300 nəfərin oynaqlarındakı həssaslıq araşdırılıb. Oynağı şaqqıldatmağı vərdiş halına gətirənlərdə yumşaq toxumada zədələnmə, qavrama gücündə azalma kimi nəticələr aşkar edilib. Həssaslıq oynağı əhatə edən bağların sürətli və təkrarlı şəkildə gərginləşməsinin nəticəsidir. Peşəkar beysbol atıcılarında da oxşar yaralanmalar müşahidə olunur, ancaq yaralanmalar daha ciddi səviyyədədir və atış üçün istifadə edilən qoldakı oynağa daha çox təsir göstərir”.
Şarlar partlayır və oynaqlardan səs gəlir
Həkim Şenbursa barmaqları birləşdirib çölə doğru əyəndə oynaqlardan səslər gələndə, oynaq içində baş verənləri belə izah edib: "Oynaqlar iki sümüyün birləşmə yerində olur. Orqanizmdəki bütün oynaqlarda sinoviyal maye də deyilən qatı, aydın oynaq mayesi vardır. Oynaqları şaqqıldatmaq üçün barmaqlarınızı əydikdə oynaq sümükləri bir-birindən ayırmış oluruq. Beləliklə, oynağı əhatə edən yumşaq toxuma kapsulu də əsnəyir. Kapsulun əsnəməsi oynaq içindəki həcmi artır. Bir fizika qaydası olaraq "həcm artarsa, təzyiq azalır. Oynaq mayenin təzyiqi düşəndə maye daxilində həll olunmuş halda olan qazlar şar halına gəlir. Oynaqları kifayət qədər dartanda kapsul təzyiqi düşür və şarlar partlayır. Bu partlayış oynaqlardan səslər gəlməsinə səbəb olur.
Qazların mayedə təkrar deqradasiyası 25-30 dəqiqə çəkir və bu müddət ərzində oynaqlardan səs gəlməz. Qazlar ayrılanda oynaqlar təkrar şaqqıldatmaq səsi gəlir.
Lakin şaqqıldadan zaman sanki rahatlanırıq...
Həkim oynaqları şaqqıldadandan sonra insanların yüngüllük hiss etmələrinin səbəbini isə belə açıqlayır: "Oynaqlardan səs gəldikdən sonra oynaq hərəkatının artdığına dair dəlillər var. Oynaq manipulyasiya ediləndə oynaqda hərəkəti qəbul edən reseptorları xəbərdar edir və oynağı əhatə edən əzələlər zəifləyir. Oynaqları şaqqıldatdıqdan sonra insanların yüngüllük hiss etmələrinin səbəbi budur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!