SOS: Dadlandırıcılar sonsuzluq yaradır

SOS: Dadlandırıcılar sonsuzluq yaradır
Xəstəliklər və müalicəsi
10.09.2017 54
Günümüzdə çəki almamaq üçün şəkər yerinə istifadə olunan dadlandırıcılar sonsuzluğa yol açır.
Bundan başqa kola və şəkərli saqqızlar da ana-ata olmağı əngəlləyir.
Süni şəkər özəlliyi daşıyan bu dadlandırıcılar çəkiyə nəzarət etmək üçün istifadə olunur. Ancaq bu problemləri də özü ilə bərabər gətirir.
Mütəxəssislər "hamilə qalmaq istəyənlər dadlandırıcılardan uzaq dursun”, - deyə xəbərdarlıq edir. Çünki bunlar həm qadın, həm də kişilərdə sonsuzluğa yol açır.
Dadlandırıcı istifadə edən qadın və kişilərin yumurtalıq və sperma keyfiyyətinin önəmli ölçüdə düşdüyünü deyən mütəxəssislər bu dadlandırıcıların tərkibində olan "aspartam” maddəsinin doğuş məhsuldarlığını azaltdığını qeyd ediblər. Xüsusən dietik kola yumurtalığın inkişafına mənfi yöndən təsir edir. Qadınların üzərindəki zərərlərini isə saymaqla bitməz.
 
Asılı olursunuz
Kola, şəkərli saqqız, gellər kimi qidaların da ana-ata olmaq yolunda maneə olduğu  deyilir. Bu dadlandırıcıların bir zərəri də insanlarda asılılıq yaratmasıdır. İnsanlarda daimi istək yaradır. Fizioloji nizamı pozur.
 
Cinsi həyata böyük zərbədir
Saxta dadlandırıcılar qadınlarda menstruasiya pozğunluğu, yumurtalıq funksiyalarında, hamiləlik nisbətində azalma görülür. Kişilərdə xaya funksiyaları və testesteron hormonunun, libidonuun azalmasına, sperma keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Artıq çəkilərdən qorunmaq üçün istifadə olunan dadlandırıcılar həm şəxsi həyatı, həm də cütlüklərin gələcəyini təhdid edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!