Babasil zamanı qidalanma rejimi

Babasil zamanı qidalanma rejimi
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Düzgün olmayan qidalanma bir çox hallarda müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur və babasil burada istisna deyil.



Babasilin əmələ gəlməsində və kəskinləşməsində qida faktoru əsas rollardan birini oynayır.



Bəzi qidaların qəbulu aralıq və kiçik çanaq damarlarına qanın axmasını artırır. Hisə verilmiş, marinada qoyulmuş, konservləşdirilmiş qidalar, ədviyyatlar, acı souslar və spirtli içkilərin həddən artıq miqdarda qəbulu məhz belə effekt verir. Bu venoz sisteminin qanla həddən artıq dolmasına və vaxt keçdikcə babasil düyünlərinin əmələ gəlməsinə səbəb olur.



Beləliklə, babasilin və onun kəskinləşməsinin profilaktikası tədbirlərindən biri düzgün qidalanmaqdır.

Bundan əlavə babasil zamanı pəhrizin əsas şərti qəbizliklərin profilaktikasıdır.



Babasil və onun kəskinləşməsi zamanı qəbizliklər xəstəyə əlavə problemlər yaradır. Bağırsaqların yaxşı işləməsi üçün orqanizmə kifayət qədər sellüloz lazımdır. Meyvə-tərəvəz, buğda kəpəyi sellülozla xüsusilə zəngindir. Sellüloz nəcis kütləsini yumşaldır və bunun nəticəsində bağırsaqların boşalması asanlaşdırılır. Xəstəliyin kəskinləşməsi zamanı isə yumşaq nəcis kütləsi babasil düyünlərini zədələmir və defekasiya zamanı ağrılara səbəb olmur.



Göstərdiyi xidmətlər :



- Babasil xəstəliyinin   müalicəsi



- ANAL ÇATLARIN MÜALİCƏSİ



- DERMOİD KİSTLƏRİN MÜALİCƏSİ



- PERİANAL FİSTULLARIN MÜALİCƏSİ  Və həmçinin bu xəstəliklərin müalicəsi ən müasir üsullarla aparılır.



 Tel: 051 505 84 02 - Türkan doktor


 




Türkan Hacıyeva Facebook profili..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!