Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım
Xəstəliklər və müalicəsi
10.09.2017 35
Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.



Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!



Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!



Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);



- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;



- ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);



- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;



- əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (bax, "Ürəyin xarici masajı” və "Süni tənəffüs”).



Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal "təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda "təcili yardım” çağırışını ləğv etməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!