Stress zamanı daha çox yemək lazımdır

Stress zamanı daha çox yemək lazımdır
Xəstəliklər və müalicəsi
10.09.2017 16
Alman alimləri artıq çəkinin xeyrini tapdılar. Lyubek universitetinin
professoru Petersonun keçirtdiyi tədqiqatlara əsasən kök insanlar
stressi daha rahat keçirdirlər.



Nə üçün? Bu o deməkdir ki, əldə olunmuş artıq piy yığınları beyini
lazımı qida ilə təmin edərək, stress zamanı onu artıq yüklənmədən xilas
edir.



Eyni zamanda tədqiqatlar əsasında professor Peterson təyin etmişdir ki,
stress zamanı beyin yüksək miqdarda qlükoza və digər qidalı maddələrə
ehtiyac duyur. Onlar qida ilə daxil olmadıqda orqanizm onları başqa
mənbələrdən almağa başlayır. Kök insanlarda artıq piy qatlarından, arıq
insanlarda isə digər orqanlardan.



Məhz bu səbəbdən orqanizminizi heç bir halda lazımı maddələrsiz qoymamaq
məsləhət görülür. Bu bir tərəfdən artıq çəki yığmamağınıza kömək etsə
belə, digər tərəfdən stress zamanı orqanızmə çox ziyanlı ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!