Mәnәvi cәhәtdәn güclü insanların 9 xüsusiyyәti

Mәnәvi cәhәtdәn güclü insanların 9 xüsusiyyәti
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Bizim fikirlәrimiz fәaliyyәtimizi formalaşdırır, fәaliyyәtlәrimiz vәrdişlәrә çevrilir, vәrdişlәr isә xarakterimizi formalaşdırır. Bu üsulla biz birbaşa olaraq özümüz özümüzü formalaşdırırıq. Mәnәvi cәhәtdәn güclü insanların 9 xüsusiyyәti:



1. Vaxtı boşuna sәrf etmәk. Mәnәvi cәhәtdәn güclü insanlar boş dayanıb şәrait vә vәziyyәtdәn şikayәtlәnmir, başqa insanların onlarla pis davrandığın özünә "problem” edib bütün günü bundan gileylәnmir. Onlar sadәcә öz hәyatlarının mәsuliyyәtin öz üzәrinә götürәrәk birdәfәlik anlayırlar ki, hәyat hәmişә asan vә әdalәtli olmur, lakin belә şeylәr onları hәyatda lәngitmir, onlar bu cür hadisәlәrә ötәri yanaşaraq, öz prinsip vә mәqsәdlәrini hәr şeydәn üstün tuturlar.



2. Onlar öz üzәrindә şәxsi hakimiyyәti heç vaxt itirmirlәr. Güclü insanlar heç vaxt imkan vermirlәr ki, başqaları onların seçimini, emosiyalarını idarә etsin vә hәtta hakim çıxsın onlara. İstәnilәn vәziyyәtdәn özlәri tәkbaşına çıxmağı bacarırlar.



3. Onlar dәyişikliklәrdәn qorxmurlar. Mәnәvi cәhәtdәn güclü insanlar hәyatındakı dәyişikliklәrdәn qorxmurlar vә hәtta, onları "gözünün içinә baxaraq” qarşılayırlar.



4. Onlar hәr kәsin xoşuna gәlmәyә çalışmırlar. İnsanlar var ki, hәr kәs tәrәfindәn bәyәnilmәyә can atırlar. İnsanlar var ki, hәr kәsә әks gedib, öz gücünü sübut etmәyә çalışırlar, lakin hәr iki yol düzgün deyil vә insanı xoşbәxt etmir. Mәnәvi cәhәtdәn güclü insanlar isә hәr kәs tәrәfindәn bәyәnilmәyә can atmır, ancaq lazım olduqda bundan istifadә edir, nә dә ki, hәr kәsә әks gedib, cәmiyyәtdәn tәcrid olunmur, lakin lazım olanda "yox” deyә cavab verә bilirlәr.



5. Onlar düşünülmüş vә ölçülmüş risklәrә getmәkdәn qoxmurlar. Güclü insanlar risklәrin gәtirә bilәcәyi itki vә sәmәrәni düzgün, hәrtәrәfli ölçәndәn sonra riskli addım atmağı bacarır.



6. Onlar keçmişi dәfәlәrlә götür­qoy etmirlәr. Güclü insanlar keçmişini etiraf edib, ordan özlәri üçün dәrs götürürlәr, nәticәlәr çıxardırlar. Әksinә olaraq hәr şeyin başqa cür olmağı haqda keçmişi tәhlil etmirlәr.



7. Onlar bir sәhvi bir neçә dәfә tәkrar etmirlәr. Hәr birimiz axmaqlığın nә olduğunu anlayırıq – eyni bir sәhv hәrәkәti "bu dәfә alınacaq” ümidi ilә dәfәlәrlә tәkrar etmәk. Mәnәvi cәhәtdәn güclü insanlar öz hәrәkәtlәrinin mәsuliyyәtini çәkir vә sәhvlәrindәn dәrs götürmәyi bacarır. Buna görә dә onlar bir sәhәfi yenidәn tәkrar etmir, әksinә olaraq irәlilәyib gәlәcәkdә uğur qazanırlar.



8. Onlar başqa insanların uğuruna qısqanclıqla yanaşmırlar. Mәnәvi cәhәtdәn güclü insanlar başqasının uğuruna sevinir vә onu qiymәtlәndirirlәr. Bunun әvәzinә olaraq onlar etiraf edirlәr ki, uğur ağır zәhmәt vә çalışqanlığın nәticәsindә әldә edilir.



9. Onlar ilk uğursuzluqdan sonra tәslim olmurlar. Hәr bir uğursuzluq – fәaliyyәti daha da mükәmmәl etmәk üçün bir şansdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!