Bu cümlələr sizi xoşbəxt edə bilər

Bu cümlələr sizi xoşbəxt edə bilər
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Özünə Söz Ver!

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb.

 

Özünə söz ver ki,

 - O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

 

- Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

 

- Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

 

- Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

 

- Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

 

- Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,

 

- Keçmişin səhvlərini unudacaqsan və gələcəyin böyük nailiyyətlərini düşünəcəksən,

 

- Üzündə xoşbəxt ifadə yaradacaqsan və gördüyün hər bir varlığa gülümsəyəcəksən,

 

- Özünü inkişaf etdirməyə o qədər vaxt ayıracaqsan ki, başqalarını tənqid etməyə vaxtın qalmayacaq,

 

- Narahat olmayacaq qədər böyük, hirslənməyəcək qədər nəcib, qorxmayacaq qədər güclü və kədərlənməyəcək qədər xoşbəxt olacaqsan…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!