Doğru və yalanın ailədə rolu

Doğru və yalanın ailədə rolu
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Ailə cəmiyyət, dövlət kimidir. Əvvəldən təməli necə qoyulsa, sonda
nəticə elə olacaq. Bu, tikilən binaya oxşayır, hələ təməli qazılanda
möhkəm olmalıdır. Əks halda, nə qədər mərtəbə ucalsa da, gec-tez alt-üst
olacaq. Ailə qurarkən ilk növbədə seçdiyimiz insanı nəzərdən
keçirməliyik. Düzgün insan olmasa o da, gec-tez fəsad törədəcək.



Keçək ailə daxilində olan düzlük və yalana... İlk gündən kişi və
qadın özlərində qəbul etməlidirlər ki, biz artıq müstəqil ailə həyatı
qurmuşuq. Yəni qız ailədən ayrılmasını qəbul etməli və öz yeni ailəsinə
sahib çıxmalıdır. Kişi də həmçinin. Bəzən bizim fikir vermədiyimiz xırda
məsələlər belə düzlüyü aradan qaldıra bilər. Məsələn, evə saat 16.00-da
qayıtdığınız halda 15.00-da qayıtdım deməniz. Zahiri cəhətdən "burda nə
var ki?” deyə bilərik və ya bir əşyanı 10 manata alıb 15 manata aldım
demək belə düzlüyü aradan götürür.



Xanımlar, özünüzə meyar seçin ki, ailənizə aid hər şeyi hamıdan
qabaq yoldaşınıza özünüz deyəcəksiniz. Bəzən xırda bir yalan insanı
etibardan salar. Bu məsələyə dırnaq arası baxmayın, çünki ailə xırda bir
anlayış deyil.



Psixoloqlar deyirlər ki, ailə mikro dövlətdir. Kişi bu dövlətin
prezidenti sayılır. Müasir qızlarımız deyir ki, ailə hüquqları qadın və
kişi arasında 50/50-yə bölünməlidir. Heç kim bir-birindən üstün
olmamalıdır. Bununla razılaşsaq görərik ki, bu tip ailələrdə heç də
vəziyyət 50/50-yə olmur. Bu ailələrdə idarəçi xanım olur, gec-tez onun
fəsadı üzə çıxır.



Bilirsiz, düzlük niyə vacibdir? Çünki düz əyrini kəsər. Düz acı da
olsa düzdür. Bilin, birini özünüzə yalanlarla bağlasanız bir gün bu
yalanlar ortaya çıxacaq. Amma düzlüyün acısını yaşaya-yaşaya onu olduğu
kimi izah etsəniz bu qəbul olunacaq. Sonda bütün xanımlara üzümü tutub
deyirəm ki, ailə müqəddəsdir! Onun təməlini yalanla qurmayın! Bəlkə
sizin bir yalanınız bir insanın həyatını məhv edər və ya illər sonra üzə
çıxmış bir yalan dünyaya gətirdiyiniz bir körpənin həyatını sarsıda
bilər.



Nəzərə alın ki, yalanın həm dünya, həm axirət üçün zərəri var.



Psixoloq Zeynəb Zeynalovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!