Sonsuzluqda yeni müalicə üsulları

Sonsuzluqda yeni müalicə üsulları
Xəstəliklər və müalicəsi
10.09.2017 12
Son vaxtlar tez-tez rast gəlinən sonsuzluğun müalicəsində yeni tətbiq
olunmağa başlanan mikrodisseksiyon TESE üsuluyla əlaqədar nələri
bilirik?



Kişi sonsuzluğu necə yaranır?

Kişi sonsuzluğunda hər keçən gün yeni bir müalicə üsulu inkişaf
etdirilər. Bunlardan biri olan mikrodisseksiyon TESE üsulu əvvəlkilərə
nisbətən daha çox adamın ata olmasına imkan verir.



Kişi sonsuzluğu bir çox dəyişik səbəbə bağlı olaraq ortaya çıxar.
Keçirilmiş infeksiyalar, genetik səbəblər, hormonal pozuqluqlar, diabet,
böyrək çatışmazlığı kimi metabolik xəstəliklər və ekoloji faktorlar da
müstəqil olaraq kişi sonsuzluğunun başlıca səbəbləri arasındadır.



Bunlarla bərabər çirkliliyin artması, radiasiya, kimyəvi maddələrə məruz
qalma, siqaret istehlakının artması, spirtli içkilərin istifadəsi də
kişi sonsuzluğunu yaradan digər səbəblər sırasındadır.



Ancaq hazırda səbəb nə olursa olsun, bədənində sperma olmayan xəstələrdə
də müxtəlif üsullarla sperma yaradıla bilir. Və bu üsulların da ən
yaxşısı və etibarlısı Mikrodisseksiyon TESE üsuludur.



Mikrodisseksiyon TESE nədir?

Mikrodisseksiyon TESE, ya da adətən mikrodasa deyilən üsul,
yumurtalıqdan əməliyyat mikroskopu vasitəsiylə sperma axtarılması
əməliyyatına verilən addır.



Adətən yumurtalığında sperması olmayan xəstələrə tətbiq olunur.
Yumurtalıqda yaranan spermanı daşıyan kanal bağlantıları açıldıqdan
sonra, yumurtalıqda sperma yaranmasıyla əlaqədar problemlərə bağlı
olaraq irəliləyən azoosperma vəziyyətlərində sperma tapmaq məqsədiylə
tətbiq olunur.



Bu texnikanın yaranma səbəbi isə azoospermik xəstələrdə yumurtalıq
içində kiçik fokuslayar şəklində sperma yollarının varlığının kəşf
edilməsidir. Bu üsul bizə xəstələrdən cərrahiyyə ilə sperma əldə
edilməsi yolunu açdı və bu şəxslərin köməkçi vasitələrlə ata olmasına
şərait yarandı.



Necə həyata keçirilir?

Yumurtalıqdan cərrahi yolla sperma əldə edilməsi, əvvəllər TESE deyilən
üsul ilə yumurtalığın açılaraq yumurtalığın ölçüsünə görə təyin olunan
sayda hissə alınması şəklində idi. Bu üsul yumurtalıqdan ehtiyacdan çox
hüceyrə alınması və yumurtalığa müəyyən nisbətdə zərər verilməsi ilə
nəticələnirdi. Ancaq mikroTESE üsulu daha fərqlidir və hüceyrə alınması
mikroskopik üsulla həyata keçirilir.



Əməliyyat mikroskopu 20-30X böyütmə təmin edərək, yumurtalıq içində
sperma axımını təmin edən kapilyarların görünməsini təmin edir. Fəal
olaraq sperma axımına kömək edən kanalların içindən çıxarılmış sıx
sperma hüceyrələrinə görə bu kanallar, içi boş kanallardan daha geniş
diametrli görünür. Cərrah bu kanalları tapıb yığdığı zaman həm spermanın
həcmi, həm sayı srtır.



Bu kapilyarların cərrah tərəfindən aşkarlanması yumurtalıqdan əlavə
hüceyrə alınmasının qarşısını aldığı üçün, yumurtalıq toxuması da
qorunur. MikroTESE əməliyyatı, mikroskop altında bütün yumurtalıq
içindəki kapilyarların araşdırılmasını tələb etdiyi üçün 2 saata qədər
vaxt alıq. Əməliyyatdan sonra xəstə yenidən müayinə edilir və evə
buraxılır.



Bu üsulun üstünlükləri nələrdir?

MikroTESE əməliyyatının üstünlükləri sadalandıqda, əvvəllər tətbiq
olunan TESE üsuluna görə təxminən 50 faiz daha çox sperma tapılmaq
şansıdır. Bir az da irəli gedərək söyləmək olar ki, TESE ilə sperma
tapılmayan xəstələrin təxminən 33 faizində sperma aşkarlanır. Beləcə,
yeni üsulla sperma tapıntısı daha çox xəstənin ata ola bilməsinə imkan
verir.



Dr.Semih Özkanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!