Atanın uşağı ilə maraqlanmasının uşağa faydaları

Atanın uşağı ilə maraqlanmasının uşağa faydaları
Xəstəliklər və müalicəsi
10.09.2017 43
Atası tərəfindən sevildiyini, təsdiqləndiyini hiss edən uşaq öyrənməyə daha meyilli olur.

Zəkası inkişaf edir, sual verməsi, maraqları artır.

Atalar analarla müqayisədə müstəqil olmağa, öz ayaqları üstündə durmağa imkan verirlər.

Uşağın özünə etibarı, problem həll etmə qabiliyyəti artır.

Körpəlikdən gələn ana asılılığından, ananın girdabından uşağı ata çıxarır.

Qayda və sərhədləri tanıma, səhvlərini qəbul etmə artır.

Cinsi rol anlayışı 3 yaşında yetkinləşməyə başlayır, ailə içərisində
rolları uşağın erkən öyrənməsi vacibdir. Ana, nənə, bacı arasında
sıxışan oğlan uşaqlarında qız şəxsiyyətinə meyl artır.

Qız uşaqları isə oğlanların dünyasını anlamaq üçün ana-atanın
bir-biriylə ünsiyyətindən təsirlənir və bu, gələcəkdə kişilərə baxış
tərzinə, qarşılıqlı təsir keyfiyyəti və üsuluna təsir qoyur.



Atanın yoxluğunda yaşca böyük kişilərdən, müəllimlərdən xoşlanma, onlara
yaxınlaşma və məsafəsini yaxşı qoruya bilməmək kimi xüsusiyyətlər
qızlarda özünü göstərə bilər.

Atasından diqqət görənlərin isə iki nəfərin əvəzinə üçtərəfli,
dördtərəfli dialoqlara uyğunlaşması artır. Əks halda məktəbdəki
qruplaşmalarla bağlı çətinlik yaşayır, dostlarını heç kimlə bölüşməz.
Tez-tez küsər, qaradinməz, tündxasiyyət olar.

Yetkinlik demək, tutarlı atalıq etmənin nəticəsi deməkdir. Lazım olandan artıq edəcəyiniz şeylər daha çox çətinlik yaradar.

Qorxulu olan, məsafəni qorumadan atalıq etməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!