Keçmiş hadisələrin psixoloji əzabları

Keçmiş hadisələrin psixoloji əzabları
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Gündəlik həyatımızda bizi narahat edən və əzablar verən müəyyən
problemlər var. Təbii olaraq biz onlarla yaşayır və onlara qarşı
mübarizə aparırıq. Bu narahat əzablı problemlərdən biri də keçmiş
hadisələr, xatirələr, keçmiş səhvlərlə bağlı yaranan vicdan əzabı və
müxtəlif formalarda baş vermiş məhəbbət hadisələridir. Təsadüfi və
qeyri-təsadüfi hallarda yaddaşa qayıdan bu cür hisslər ürəklərdə,
mənəviyyatda dərin izlər buraxır, hətta, gündəlik yaşayış əzablarından
da geri qalmırlar. Bəzən baş qaldıran bu keçmiş xatirələr, insanın
psixoloji həyatının pozulmasına səbəb olur. İnsanlar çıxış yolları
axtararaq, hətta, psixoloqlara belə müraciət edirlər.



Niyə belə olur? Adətən, bunu psixikada, hafizədə anlaşılmaz
formada gizlənən güclü informasiyalarla əlaqələndirirlər. Yəni, keçmiş
hadisələr informasiya formasında insan psixikasında, hafizəsində
qorunur, əlverişli şərait yaranan kimi həmin hisslər baş qaldırır,
"hücuma keçir” və insanı yenidən düşünməyə məcbur edirlər.



Müəyyən hadisələrin baş verməsi də yaddaşın təzələnməsinə şərait
yaradır. Baş vermiş hər hansı bir hadisə vaxt keçdikcə, daha güclü və
daha emosional təsirə, təəssürratlara səbəb ola bilər. Psixoloji
sarsıntılar, keçmiş əzablı günlər xüsusilə də, psixiki xəstəliklər
zamanı daha neqativ formalarda xatırlanır. Məlum şəxs özünü tez-tez
günahlandırır, psixoloji sarsıntılar keçirir və bu hisslərdən qurtula
bilmir.



Burada yaş mərhələsi də mühüm rol oynayır, yəni elə yaş dövrü var
ki, o zaman keçmiş hadisələr və əzablar daha tez xatırlanır. Bu amil
müxtəlif insanlarda müxtəlif formada baş verir.



Keçmiş hisslərin təsirinə düşmə səviyyələrinə görə, insanlar
bir-birilərindən fərqlənirlər. Bu, onların həyat tərzləri və
psixologiyaları ilə birbaşa əlaqədardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!