Hazır qidalar kişilərdə sonsuzluq yaradır

Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Qadın sonsuzluğu ilə yanaşı, kişi sonsuzluğu da son vaxtlar tez-tez
rastlanan ciddi problemlərdən birinə çevrilib. Kişi sonsuzluğunun
səbəbləri müxtəlif ola bilər. Bunlara genetik səbəblər, yaşanmış
iltihabi xəstəliklər, doğuş zamanı yaşanan problemlər, kimyəvi yan
təsirlər ola bilər. Bundan başqa sürətli yaşam tərzi və bu cür yaşam
tərzinin ayrılmaz tərkib hissəsi olan hazır qidalar da sperma
keyfiyyətinə mənfi təsir göstərir. Bu, aparılan araşdırmalar zamanı
təsdiqlənib.



Aparılan araşdırmaya görə, sosiska, kolbasa kimi qırmızı ət
məhsullarının sperma morfologiyasına mənfi təsir göstərdiyi, balıq
məhsullarının isə sperma keyfiyyətini artırdığı ortaya çıxıb.



156 kişi üzərində aparılan araşdırma nəticəsində bu kimi qırmızı ət
məhsullarının sperma sayını azaltdığı, ancaq dəniz məhsullarının sperma
sayında artıma səbəb olduğu müəyyənləşib. Ağ ətli balıq məhsullarının
tərkibindəki sink kişi spermasına müsbət təsir göstərir.



Spermanın dostu kök

Spermaya faydalı olan kökün tərkibindəki antioksidanlar hüceyrə
pərdələri və DNA-a zərər verə bilən sərbəst radikalları təsirsiz hala
gətirir. Kökdəki rəng verən karotenoid kimyəvi maddəsi digər meyvə və
tərəvəzlərdən fərqli olaraq sperma səviyyəsi və keyfiyyətini artırır.



Kişi sonsuzluğu testlə müəyyən edilə bilər

2-7 gün ərzində davam edən cinsi pəhriz sonrasında aparılan sperma
testi, ultrasəs və həkim müayinəsi hansısa bir nəticəyə gəlməyə
yetərlidir. Sperma sayı, hərəkətliliyində və şəkil faktorlarında problem
rastlanarsa, bu, uşaq sahibi olmağı əngəlləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!