Kişi sonsuzluğu

Kişi sonsuzluğu
Xəstəliklər və müalicəsi
10.09.2017 56
Sonsuzluq- evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir. Sonsuzluq müddəti, 1-cili veya 2-cili olması, sperma analizi və qadın yaşı ən önəmli faktorlardandır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.



Günümüzün reallığında hamiləlik olmadığı zaman ilk müraciət edilən ginekoloqlardır, sonsuzluqda kişi faktorunun 30-40 % olduğunu nəzərə alsaq kişilərin də bu mövzuda nə qədər önəmli  olduğunu görürük. Övlad sahibi olmaq üçün xərclənən maddi, uzun müddətli  müalicələr, itirilmiş vaxt və.s nəzərə alınmalıdır. Sonsuzluq şikayəti zamanı kişi və qadın eyni zamanda, qadın ginekoloq, kişi isə uroloq-androloq tərəfindən müayinə edilməlidir.



Kişi cinsiyyət sisteminin fiziologiyası

23Kişi cinsiyyət sistemi - penis ( kişi cinsiyyət orqanı), prostat vəzi, toxum kisəcikləri, xaya və xaya artımları və.s və bunları bir-birinə bağlayan toxum çıxarıcı kanallardan ibarətdir. Beyində yerləşən hipofiz vəzidə hazırlanan LH( lüteinləşdirici) və FSH ( follikul stimuləedici) hormonları xayalarda davamilə testosteron ifrazına ( kişi cinsiyyət hormone) və  spermatogenezə ( sperma yaranmasına) səbəb olur.Xayanın 85-90%-ni germinal hüceyrələr və onlara dəstək olan sertoli (qidalandırıcı) hüceyrələri təşkil edir,germinal hüceyrələrdə sperma yaranır( 1 spermanın yaranması  70-75 gün çəkir). Xayada yaranmış ilkin spermatazoidlərin yumurta hüceyrəni mayalandiracaq  qabiliyyəti olmur,xaya artımınmdan keçdikcə yol boyu mayalanma qabiliyyəti qazanır ( bu müddət 12 gün çəkir), daha sonra toxum kisəcikləri və prostat şirəsi qarışaraq tam xaric olunacaq eakulyant halını alır, beleliklə qadın cinsiyyət yollarında rahatca irəlləyib yumurta hüceyrəni mayalandırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!