Kimlər daha çox Hepatit C riski daşıyır

Kimlər daha çox Hepatit C riski daşıyır
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Qan transfüsyonu edilmiş insanlar

İ/V derman maddələri istifadə edən insanlar. İ/V heroin istifadə edən xəstələr

Hemodiyaliz xəstələri

Hemofiliya xəstələri (tez tez qan transfüzyonu lazım olduğu üçün)

Vücudun kəsici-dəlici bir cisimlə kəsilməsi ( məsəsən: həkimlərdə
əməliyyat zamani sıxlıqla əllərinə iynə batması), tatuaj (döyme
etdirmə), kokain çəkmək də risk faktorlarındandır.

İ/V dərman istifadəçiləri ilə cinsi əlaqə. Xüsusən də birdən artıq
cinsi partnyor.Hemoseksualistlər. Yoluxmuş insanlarla öpüşmək (ağız suyu
vəzlərində virus yükü az olsada çatlamış və ya tramatizə dodaqlardan)

Türmə həyatı (3 gündən artık həbsxana həyatı keçənlər)

Hamilə qadınlarda 3. trimestrdə virus yükü yüksək olan anadan bətndaxili (perinatal ) yoluxma

Gözəllik salonları və bər-bərlərdən istifadə edənlər. (manikür, pedikür, dırnaq tutan, kəsici və dəlici alətlər)



HEPATİT C VİRUSU NECƏ YOLUXUR?



Əsasən qan yolu ilə (%90).

Hamiləlik zamanı anadan bətindaxili övlada keçmə (%5). HCV pozitif olan anadan doğulmuş körpə mütləq qan analizi olunmalıdır

Cinsi yolla (%3).
 HEPATİT C-NİN SİMPTOMLARI NƏLƏRDİR?



Bir çox insanda heç bir simptom verməməkdədir və normal yaşam tərzi ilə
izlənilir. İnkubasiya müddəti ortalama 7-8 həftədir. Simptomları olsa
belə zəif və qrip bənzəri simptomlarla keçməkdədir (bulantı, zəiflik,
halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı kimi).İllər
boyu biokimyəvi testləri və şikayətləri olmadan keçsədə virus onun
qanında və qaraciyərindədir. Ancaq xəstə kəskin ve ağırlaşmaları ilə
gəldikdə simptomlar qabarıq şəkildə özünü göstərir.



HEPATİT C-NİN OLMASINI NECƏ BİLƏK?



Bunun üçün Hepatoloji uzmanına gedib Hepatit C nin olduğunu
düşündüyünüzü, risk qrrupları arasında olduğunuzu, hər hasi bir invaziv
tibbi müdaxilə olnacaksa, evlələk düşündüyünüzde hər iki cinsin
yoxlanmasını söyləməniz kifayətdir. Anti-HCV ilkin olarak baxılır.
Lazımlı testlərə ondan sonra müraciər olunur. Hepatit C-yə yoluxmuş bir
insanda antigenlər təxmini 4 həftədə formalaşmaqdadır.



HEPATİT C –NİN MÜALİCƏSİ MÜMKÜNDÜRMÜ?



Hepatit C nin müalicəsi tam mümkündür! Ancaq vaxtında və doğru həkimdə
müalicə olunsanız. Nə vaxt? – Hepatit C Qaraciyər Sirrozu və Qaraciyər
xərçəngi ilə ağırlaşmayıbsa! Doğru həkim deyərkən kimlər nəzərdə
tutlulur? – Hepatoloji ixtisasında uzman həkim sadəcə! Çünki Hepatit C
diaqnostika, müalicə ve izlənməsi onun ixtisasina aiddir, xəstəliyin
ağırlaşmalarının məsuliyyətini qaldıra biləcək nəzəriyyə və praktikaya
sahib olmalıdır.



HEPATİT C-DƏN NECƏ QORUNAQ?



Hepatit C-nin vaksin ve peyvəndi yoxdur!

Yoluxmuş insanlardan ülgüc, jilet. dırnaq tutan, diş fırçası, təmizlik əşyalarının ayrı saxlanması.

Cinsi yolla yoluxma çox az olsada qorunmaq (qoruyuculardan istifadə, çox partnyorlu həyat tərzindən çəkinmə kimi).

İnvaziv tibbi müdaxilə zamanı (diş həkimi, kiçik və böyük aspektli
əməliyyatlar) həkimdən HCV ilə bağlı təmizlik (dizinfektan və
sterilizasiya) tələb etmək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!