Allergiyanın olmasını necə bilmək olar?

Allergiyanın olmasını necə bilmək olar?
Xəstəliklər və müalicəsi
10.09.2017 85
Gündəlik həyatımızda bir çox halarda biz respirator allergiya ilə
rastlaşırıq. Belə reaksiya toza, ətirlərə, bitki çiçəkləri tozcuqlarına
və s. qarşı baş verir.



Respirator allergiyalar üçün, bizim bir çox hallarda soyuqdəymə
adlandırdığımız əlamətlər xarakterik olur: asqırmaq, duru su şəklində
ifrazat ilə müşayət olunan zökəm, öskürək, asqırmaq, bunrunda qaşınma
hissiyyatı. Havada mövcud olan allergenlər, bundan başqa gözlərin
yaşarması, gözlərdə ağrı, qızarma, şişkinlik, qaşınma kimi əlamətlərin
yaranmasına da səbəb ola bilər.



İnsan özündə bu əlamətləri müşahidə etdikdə, adətən, onda kəskin
respirator virus infeksiyasının (KRVİ) və ya qrip xəstəliyinin olduğunu
düşünərək, bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün lazım olan
dərman preparatlarından istifadə etməyə başlayır. Ancaq respirtor
infeksion xəstəliklərdən fərqli olaraq, allergiya bu dərmanlarla
müalicəyə tabe olmur. Bundan başqa, allergiya bədən hərarətinin
yüksəlməməsi ilə müşayət olunmur. Allergiyanı KRVİ ilə eyniləşdirən –
asqırmaq, burun yollarının tutulması, zökəm kimi əlamətlər də tam başqa
xarakterdə olur. Məsələn, allergiya zamanı baş verən asqırma, çoxsaylı,
tutmaşəkilli olur. Asqırma tutmaları heç bir aydın səbəb olmadan
günlərlə davam edir.



Allergiya zamanı burundan xaric olan ifrazat adətən şəffaf və duru,
soyuqdəymə vaxtı isə adətən qatı və sarımtıl olur. Bundan başqa,
allergiya zamanı burundan ifrazatın gəlməsi hər hansı bir soyuqdəymə ilə
müşayiət olunmur və günlərlə, bəzən isə həftələrlə də davam edə bilər.



Allergiya zamanı burun boşluğunun selikli qişası iltihablaşaraq və
qalınlaşaraq (şişkinləşərək) burun yollarını qapayır. Bu isə burun
seliyinin normal şəkildə xaric olmasını pozur və ya tamamilə mümkünsüz
edir. Burunu təmizləmək cəhdləri heç bir nəticə vermir və əksinə - burun
yollarının tutulmasını daha da artır.



Bir çox hallarda biz gözümüzə düşmüş müxtəlif tozları, kirpiyi, qum
dənəsini və bu kimi digər yad cisimləri xaric etmək üçün gözlərimizi
ovxalayırıq. Ancaq gözümüzün qıcıqlanmasına səbəb olan yad cismi xaric
edəndən dərhal sonra biz gözlərimizi daha ovxalamırıq. Ancaq sizin
gözünüzdə allergiya olduğu halda vəziyyət kəskin şəkildə fərqlənir:
gözlərdə olan qaşınma heç bir xarici səbəb olmadan başlayır və heç bir
müdaxilə onu azalda bilmir. Bu qaşınma həftələrlə davam edə bilər.
Gözlərində allergik xəstəliyi olan xəstələrdə - gözlərində yad cismin
olması, qaşınma, yandırma, gözlərin yaşarması kimi şikayətlər olur. Belə
xəstələrin göz qapaqları adətən qızarmış və şişkinləşmiş olur.



Statistikaya əsasən, respirator allergiyadan sonra ikinci yerdə kontakt
allergik reaksiyaları – dermatozlar durur. Bu dermatozlar kosmetikadan
istifadə olunduqda, farmasevtik preparatlarla, məişət kimyası və bir çox
digər maddələrlə (orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq)
işləyərkən baş verir. Allerqodermatozların əlamətləri: dəridə
səpgilərin, suluqların əmələ gəlməsi, onun qızarması, qaşınması,
şişkinləşməsi, quruluq, qabıqvermə.



Qida məhsullarına və dərmanlara qarşı olan allergiyalar daha qorxulu
hesab olunur. Orqanizmə mədə-bağırsaq traktı vasitəsi ilə daxil olan bu
allergenlər, ürəkbulanma, qusma, dilin, qırtlağın şişkinləşməsi, diareya
(ishal), qarında ağrılar kimi əlamətlərlə müşayiət olunurlar. Bəzi
hallarda bir müddət sonra isə dəridə də allergik əlamətlər (səpkilər,
şişkinlik) yarana bilər.



Allergik aktivliyi dərəcəsinə görə qida maddələri üç qrupa bölünür:



- Yüksək allergik aktivlik: inək südü, balıq, yumurta, sitrus meyvələri,
qoz-findıq, bal, göbələklər, toyuq əti, çiyələk, moruq, ananas, yemiş,
xurma, nar, qara qarağat, böyürtkən, şokolad, kofe, xardal, tomatlar,
kök, çuğundur, kərəviz, buğda, çovdar, üzüm.



- Orta allergik aktivlik: şaftalı, ərik, qırmızı qarağat, quş üzümü,
düyü, qarğıdalı, qarabaşaq, yaşıl bibər, kartof, noxud, donuz əti,
hinduşka əti və dovşan əti.



- Zəif allergik aktivlik: yunan qabağı, patisson, turp, balqabaq (açıq
rəngdə olanlar), turş-şirin almalar, banan, badam, ağ qarağat, motmotu
("krıjovnik”), qara gavalı, gavalı, qarpız, kahı, qoyun əti.



Bəzi hallarda allergiyanın səbəbi insanın qəbul etdiyi qida yox, onun
tərkibində olan müxtəlif qida əlavələri olur (rəngvericilər,
aromatizatorlar, emulqatorlar və ya konservləşdirmədə istifadə olunan
müxtəlif maddələr).



Allergiyanın özünü büruzə verən ən ağır forması – anafilaktik şokdur.
Bu, əksər hallarda orqanizmə dərman preparatlarının (xüsusən də damar
daxilinə) yeridilməsinə, az-az hallarda isə həşaratların dişləməsinə
cavab olaraq yaranır. Anafilaktik şokun əlamətlərini hər bir şəxs
bilməlidir. Tənəffüsün çətinləşməsi, huşun itirilməsi, qıcolmalar,
bədənin bütün dəri örtüyünün səpməsi, qeyri-iradi sidik və nəcis ifrazı,
qusma - anafilaktik şokun əsas əlamətləri hesab olunur. Anafilaktik
şokun ilk əlamətləri qeyd olunan kimi tez bir zamanda "təcili yardım”
çağırmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!