Xoşbəxtlik insanın içində olmalıdır

Xoşbəxtlik insanın içində olmalıdır
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir.

Kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü
həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks
ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar
bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına
xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları
onların səhhətinə də ciddi təsir göstərir. Tibb Universitetinin
həkim-qastroenteroloqu Habil Hüseynov "Zaman-Azərbaycan”a müsahibəsində
bildirdi ki, insanlarda tez-tez yorğunluq, halsızlıq, ruh düşkünlüyü
kimi hallar müşahidə olunur: "Bu gün insanların yaşadıqları psixoloji
gərginlik onların səhhətində də ciddi problemlərə yol açır. Belə halları
daha çox insanların sosial həyatı, ailədaxili problemləri ilə
əlaqələndiririk. Məsələn, insanların çoxunun bankda krediti var, amma
televiziyalarda zəngin həyat nümunələri göstərilir. Başqalarının rahat
yaşayışını görən insan öz halından şikayətlənməyə başlayır və nəticədə
hər şeyə pessimist yanaşır. Bu da beyində ifraz olunan "serotonin”
(xoşbəxtlik) hormonunun miqdarının azalma ilə nəticələnir ki, insanlarda
depressiv halların yaşanmasına, pis yuxular görməyə gətirib çıxarır.
Müraciət edən bir çox xəstələrdə müayinə zamanı problemin psixoloji
haldan qaynaqlandığını müşahidə edirik. Bunları korreksiya etdikdən
sonra xəstə tamamilə sağlam olur”.



Mövzu ilə əlaqədar Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
Elnur Rüstəmov "Zaman-Azərbaycan”a müsahibəsində insanların düşüncəsinin
onların həyatında mühüm rol oynadığını bildirdi: "Biz yaxşı olarıqsa,
cəmiyyət də yaxşı olacaq. İnsan həyatı qəbul etdiyi ölçüdə yaşayır.
Problem, çətinlik hər kəs üçün var. Dünyada problemsiz insan, demək olar
ki, yoxdur. Həyatın qaydası belədir. Mövcud vəziyyəti dəyişə
bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə bilərik. Xoşbəxt olmaq
üçün çox şey lazım deyil, onun üçün uzağa da getməyə gərək yoxdur.
Xoşbəxtlik insanın içində olmalıdır”.



Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə
qədər daim hərəkətdədir. Kimisi uğur qazanmaq, yer tutmaq üçün
dayanmadan çalışır, kimisi özünü həyatın axışına buraxır. Bu cür
insanlar həyatda məqsədsiz olur, özlərinə layiq bildikləri yerdə deyil,
başqalarının onlara uyğun gördükləri yerdə olurlar. Ən yaxşı halda isə
heç bir cəhd göstərmədən olduqları yerdən şikayətlənirlər. Əlbəttə,
şikayətlənmək həyatımızın əsas prioritetlərindəndir. Hər an, hər
vəziyyətdə və baş verən hər şeydən şikayətlənmək, bizim
xasiyyətlərimizdən biridir.



Yayın istisindən şikayətlənib, qışın tez gəlməsini arzulayırıq. Qışda
isə soyuqdan, yağan yağışın, qarın həyat şəraitini pozmasından narazı
oluruq. Biz bununla da kifayətlənmirik. Həyatda haqqımızın başqası
tərəfindən tapdalandığını düşünürük. Bəlkə də, az deyil ətrafınızda dost
xəyanətinə uğradığını deyən, müəllimi tərəfindən qiyməti kəsilən,
sevdikləri tərəfindən tərk edilənlər... Şikayətçiyik biz; hər kəsdən,
hər şeydən. Evdə uşaqların səs-küyündən və ya həyat yoldaşımızdan.
Qabağımıza qoyulan yeməyin çox isti, çayın soyuq olmasından
şikayətçiyik. İşdə müdirdən, çox işləyib az qazanmaqdan şikayətçiyik. Və
bütün bunlardan sonra "biz nə üçün uğur qazana bilmirik?” deyə
şikayətlənirik. Cavab tapmaq o qədər də çətin deyil əslində, səbəb,
bəlkə də, bütün vaxtımızı şikayətlənməyə sərf etməyimizdir.



Məşhurlardan birinin belə bir deyimi var: "Qaranlıqdan şikayət etmək
əvəzinə, bir şam yandır”. Bəli, mövcud vəziyyət bizi qane etmirsə,
qarşımızda iki yol var: ya onu dəyişdirmək üçün əlimizdən gələni
etməliyik, ya da şikayət etməyi bir kənara qoyub, həmin vəziyyəti olduğu
kimi qəbul etməliyik. Məsələn, yaşadığınız şəhərin çirkli olmağı sizi
narahat edirsə, çarə şikayət etmək deyil. Çarə "təmizləmək”dir. Burada
təmizlik deyərkən, məqsədim əlinizə süpürgə alıb, küçəni süpürməyə
başlayın, demək deyil. Yəni bu cür düşüncələri təmizləyin. Buna,
əvvəlcə, özünüz yerə zibil atmamaq və ətrafınızdakı insanlara bunun
yanlış bir hərəkət olduğunu öyrətməklə başlaya bilərsiniz.



Ətrafda bəzən elə insanlara rast gəlirik ki, özü yaratdığı problemlərə
görə başqalarını təqsirləndirir. Bu, bir az da istifadə etdiyi mobil
telefonun qiyməti aylıq gəlirindən dəfələrlə yüksək olan bir insanın
maddi sıxıntılardan şikayətlənməsinə bənzəyir...



Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov
"Zaman-Azərbaycan”a müsahibəsində bunun birbaşa insanların düşüncəsi ilə
bağlı olduğunu bildirdi: "İnsanların hər şeydən şikayət etməsi onların
düşüncəsi ilə əlaqədar bir haldır. Buna psixologiyada "kobinitiv”
yanaşma deyilir. Bu cür düşüncə isə ətrafa olan münasibəti müəyyən edir.
Belə hallara daha çox sosial şəbəkələrdə rast gəlirik. Bəzən görürsən
ki, kimisə tənqid edirlər, bəyənmirlər, hətta çox vaxt təhqirə də
keçirlər. Bu cür hallar özləri ilə bacarmayan, özlərini yeniləyə
bilməyən insanlarda müşahidə olunur. Zaman keçdikcə isə bu aqressiya
işə, ailəyə və ətrafda olan hər kəsə yönəlir. Yaxşı olar ki, həmin
insanlar özlərini düzəltsinlər. Hər şeydən şikayətlənməklə cəmiyyəti
dəyişmək mümkün deyil. Lakin hər kəs özünü düzəldə bilər. Biz yaxşı
olarıqsa, cəmiyyət də yaxşı olacaq. Şikayətlənmək mövcud vəziyyəti
dəyişmir. Əksinə, insanın prosesə normal yanaşmasına əngəl törədir. Nə
dərəcədə doğrudur ki, sən işlədiyin müəssisədən maaş alasan və orada
işləməyə davam etdiyin halda şikayətlənəsən, oranı bəyənməyəsən? Əgər
işindən razı deyilsənsə, öz üzərində işlə, bacarıqlarını inkişaf etdir
və daha yaxşı bir işə gir. Səni yetişdirən, təcrübə qazandıran yeri və
ya insanları pisləmək isə heç bir etikaya, əxlaqa sığmır”. Psixoloq onu
da qeyd etdi ki, ərtafda baş verən hadisələrə narazı nəzərlərlə baxmaq
insanın həyatına, yaşantısına ciddi mənada təsir edir: "İnsan həyatı
qəbul etdiyi ölçüdə yaşayır. Problem, çətinlik hər kəs üçün var. Dünyada
problemsiz insan, demək olar ki, yoxdur. Həyatın qaydası belədir.
Mövcud vəziyyəti dəyişə bilmiriksə, ona baxışımızı, yanaşmamızı dəyişə
bilərik. Xoşbəxt olmaq üçün çox şey lazım deyil, onun üçün uzağa da
getməyə gərək yoxdur. Xoşbəxtlik insanın içində olmalıdır”.



Bəli, seçim öz əlimizdədir. Ucsuz-bucaqsız dənizdə yelkənsiz bir qayıq
olub özümüzü küləyə təslim etməkmi, yoxsa küləyə qarşı avar çəkməkmi?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!