Başqaları kimi olmamaq üçün mütləq oxuyun

Başqaları kimi olmamaq üçün mütləq oxuyun
Xəstəliklər və müalicəsi
10.09.2017 41
Əgər digərlərindən fərqlənmək istəyirsinizsə, o zaman pafoslu vizit
kartlarını, məkana uyğun olmayan geyimləri, uzun-uzadı nitqləri unudun.



Sizə fərqlənməyin 5 asan yolunu təqdim edirik:



Müşahidəyə "yox”, hərəkətə "hə”!

Düzgün geyim qaydaları haqqında mühazirə oxuyursunuz?! Ən zövqlü
geyinən, ən diqqət çəkən obrazlardan nümunə gətirməyə ehtiyac yoxdur.
Mühazirələr az yadda qalır. Mövzu imkan verirsə, mühazirə deməkdənsə
özünüz həmin addımı atın.



Qeyri-adilik edin!

Bir dairə çəkin və dairənin daxilinə sizə lazım olanları yazın. Təəssüf,
nəticədə çəkdiyiniz dairə başqalarından fərqlənməyəcək. Çünki hamı kimi
siz də dairənin içinə ev, maşın, yaxşı iş və təhsil kimi arzularınızı
yazmısınız. Bir dəfə də arzularınızın siyahısına məsələn, avto-stopla
başqa şəhərə getmək istədiyinizi yazın. Məqsədiniz yaxşı nəticə əldə
etmək yox, təcrübə qazanmaq olsun. Unutmayın, ən yaxşı nəticələr
dəfələrlə edilmiş səhvlərdən sonra yaranır.



Dəlilikdən qorxmaq lazım deyil!

Elə indi, məqaləni oxuyandan sonra bir anlıq düşünün. Sonuncu dəfə nə
vaxt qeyri-adi anlar yaşamısınız? Sizə nə zövq verib? Sonuncu dəfə nəyə
ürəkdən sevinib, təəccüblənmisiniz? Ola bilər ki, heç nə yadınıza
düşməsin. Ola da bilər ki, bu an lap çoxdan olub. Məhz həyatımızda
olmayan dəliliklərə görə biz sürətlə qocalırıq.



Yaxşılıq edin, az danışın!

Hər gün kiçik də olsa, yaxşılıq edin. Az danışmaqdan isə narahat olmağa
dəyməz. Nə qədər az danışırsınızsa, o qədər kənardakıların yadında
qalırsınız.



Passivlik və qorxaqlığa qalib gəlin!

Təəssüf, bu gün səhv etməkdən qorxmayan insan nadir tapıntıdır.
Araşdırmalar göstərir ki, insanların 89%-i səhv etməkdən qorxur, buna
görə addım belə atmır, passivləşirlər. Unutmayaq, səhv etdikcə təcrübə
qazanır, növbəti mərhələdə daha cəsarətli oluruq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!