Bu xəstəliklər ağız qoxusu yaradır

Bu xəstəliklər ağız qoxusu yaradır
Xəstəliklər və müalicəsi
10.09.2017 78
Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil,
ətrafdakılar tərəfindən təyin edilir və bəzən böyük psixoloji
sarsıntılara gətirib çıxarır.



85-90 faiz hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən
qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən,
səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan,
sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol
qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda qoxu keçici olur,
yeməkdən sonra əmələ gəlir və tez də itir. Qoxunun xarakteri əsas
səbəbdən asılı olaraq fərqli ola bilir.



Son zamanlar aparılan tədqiqatlar sübut ediblər ki, dil üzərində qoxu
törədən bakteriyaların çoxalması ağızda qoxunun yaranmasının əsas
səbəblərindəndir.



Ağızda qoxunun fərqli səbəbləri mövcuddur:

Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və
parçalanması pis qoxu yaradır. Efir yağına malik qidaların qəbulu ağızda
pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və
bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam,
zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın
ağızda qoxu yaratması hamıya bəlli olan bir faktdır. Qoxunu yalnız qida
qalıqlarının ağız boşluğunda qalmasından deyil, həm də qeyd edilən
yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu
yağlar uçucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı
ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə
ağızda qoxu yaradır.



Diş problemləri. Dişə düzgün gigiyenik qayğının göstərilməməsi və diş
ətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas
səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və fırçalamırsınızsa qida
hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların
çoxalmasına gətirib çıxarır.



Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir.
Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı
qıcıqlandıraraq iltihab yaradır və hətta irinin əmələ gəlməsi ilə
nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də
yarada bilir ki, bu periodontit adlanan xəstəliyin yaranmasını
şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən
bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.



Ağızda quruluq. Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində
əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və
yanaqda toplanıb qalmasına səbəb olur ki, bu da sonradan onların
parçalanaraq qoxu yaranmasına səbəb olur. Ağızda quruluq normal
fizioloji hallarda yatan zaman peyda olur. Məhz bu səbəbdən də bəzən
səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda
xroniki quruma yaradan səbəblərdəndir.



Xəstəliklər. Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox
dözülməz qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar
ağızdan spesifik qoxunun gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək
çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qaraciyər çatışmazlığı
zamanı "balıq qoxulu” nəfəs hiss edilir. Nəzarət edilməyən şəkərli
diabet meyvə qoxusunu xatırladan iyi verə bilər.



Ağız, burun və boğaz xəstəlikləri. Burunətrafı ciblərin infeksiyaları
ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda
qoxu törədə bilir. Uşağın ağzından pis qoxunun gəlməsi onun burnunda
yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam
təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və
digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ
gəlməsinin digər səbəblərindəndir.



Tütün məmulatları. Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur.



Ciddi pəhriz saxlayan insanların ağzında meyvə qoxulu iy yarana bilər.



Bir çox hallarda ağızda qoxunu adi gigiyenik qaydalara əməl etməklə
aradan qaldırıla bilər. Əgər qoxu gigiyenik tədbirlərlə aradan
qalxmırsa, bu zaman həkimə müraciət etməyiniz tövsiyə olunur.



Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz.



Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi fırçalayın.



Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın.



Diş arasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç
olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin.
Protez istifadə edirsinizsə, buna daha çox diqqət yetirməniz gərəkdir.



Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla
ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin
üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox
dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin
təmizlənməsinə xüsusilə diqqət verin.



Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil
üzərində qalan qida qalıqları və bakteriyaların yuyulub aparılmasına
kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz
edilmiş ağız suyu qida qalıqlarını və bakteriyaları yuyur.



Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə
etdikdə onun keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki,
tövsiyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə
edin.



Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş
həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə
həkiminiz dişlərin dibini təmizləyə bilər.



Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis qoxunun gəlməsinin qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!