Çox yatmağın yarada biləcəyi 7 problem

Çox yatmağın yarada biləcəyi 7 problem
Xəstəliklər və müalicəsi
10.09.2017 31
Az yatmağın insan orqanizminə zərərli olduğunu bilirik. Bununla yanaşı çox yatmaq da insanın səhhətində bəzi problemlər yarada bilir.



1. Depressiya riskini artırır. Əkizlər arasında 2014-cü ildə aparılmış bir araşdırmada 9 saatdan çox yatanların depressiyaya düşmə ehtimalının 49 faiz çox olduğu bəlli olub.



2. İntellekti zəiflədə bilər. Çox və az yatmaq beynin funksiyalarına təsir edir, onu yaşlandırır.



3. Hamilə qalmağı çətinləşdirə bilər. Koreyada 2013-cü ildə aparılmış bir araşdırmada çox yatan qadınlarda hamilə qalmağın çətinliyi sübut olunub.



4. Şəkər xəstəliyinə tutulma riskini artırır. Bədəndə qlükoza tarazlığının pozulmasına gətirib çıxarır.



5. Kökəlməyə səbəb ola bilər. 9 saatdan artıq yatan adamlarda kökəlmə riski 25 faiz çoxdur.



6. Ürəyə zərər verə bilər. Amerika Kardiologiya İnstitutunda aparılan araşdırma çox yatanlarda ürək problemlərinin artdığını göstərib.



7. Qəfil ölümlə nəticələnə bilər. Aparılmış müxtəlif araşdırmaların nəticələrinə görə 8 saatdan çox yatan adamlarda qəfil ölüm riski 1.3 dəfə çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!