Kişiləri zəiflədən daha bir səbəb

Kişiləri zəiflədən daha bir səbəb
Xəstəliklər və müalicəsi
10.09.2017 32
 
İnsan dərisi üçün mühüm antioksidantın azlığı qadınlarla müqayisədə kişilərin dəri xərçənginə daha çox mübtəla olmalarının səbəbi sayıla bilər. "The Times of İndia"ya istinadən bildirir ki, ABŞ-dakı Ohayo Universitetinin nəzdindəki Kompleks Onkoloji Mərkəzinin alimlərinin apardıqları araşdırmanın nəticələri belədir.
Laboratoriyadakı dişi siçanlarla müqayisədə erkək siçanlarda bir antioksidant az olduğundan, onların dərilərində supressor hüceyrələrin konsentrasiyası normadan 55 faiz çox olub.Çatışmayan antioksidant "katalaza" proteinidir.
Bu protein dəri xərçənginin inkişafının qarşısını alır, hidrogen-peroksidi və insan DNT-sini zədələyən başqa reaktiv birləşmələri yığışdırır. Sözügedən birləşmələr B tipli ultrabənövşəyi şüalanma nəticəsində yaranır, dərilərdə yanıqlara səbəb olur. Sözügedən yanıqlar isə dəri xərçənginin "bünövrəsi" rolunda çıxış edir.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!