Burun tutulması ürəyə hansı problemi yaradır?

Burun tutulması ürəyə hansı problemi yaradır?
Xəstəliklər və müalicəsi
10.09.2017 32
Burun tutulması ürəyə hansı problemi yaradır?

Burun tıxanıqlığı yuxu problemi və yorğunluq kimi ciddi problemlərə səbəb olur. Uzun müddətdə isə ürək böyüməsinə yol aça bilir.



Burun tıxanıqlığı bir çox hallarda ciddiyə alınmır və müvəqqəti yollarla
həll olunur. Ancaq mütəxəssislər burun tıxanıqlığının ürəyi yorduğunu
deyir.



Burun tıxanıqlığı uzun müddət davam edərsə, ürəyin böyüməsinə səbəb
olur. Bu problem təkbaşına bəzən isə xorultu və burun axıntısı kimi
hallarla bir yaranır.



Əlamətlər

Xüsusən gecələr burundan nəfəs almamaq, ağzı açıq yatmaq, xoruldamaq,
tez-tez yuxudan oyanma, səhərlər yorğunluq kimi problemləriniz varsa,
mütləq həkimə gedin.



Nə vaxt əməliyyata ehtiyac duyulur?

Burun tıxanıqlığının səbəbi deviasyondursa, tək yol əməliyyatdır.
Deviasyon sümük, qığırdaq qırılması və ya əyrilməsidir. Bu halda tək yol
əməliyyatdır.



Xronik sinuzitdə ilk əvvəl dərman müalicəsi olur. Əgər sinuzitdə burun
tıxanıqlığı problemi hələ də davam edərsə, əməliyyata ehtiyac yaranır.



Alergik soyuqdəymə, pis və ya xoş xassəli şişlərdə sprey ya fərqli dərmanlardan istifadə olunur.



Burnumuz niyə tutulur?

Deviasyon: Burnu ortadan ayıran və "septum” adlanan qığırdaq və sümükdən
yaranan bu hissə, yıxılma ya zərbələr nəticəsində sağa ya sola
əyrilir.



Hormonal dəyişikliklər: Qadınlarda mensturasiya və hamiləliklə əlaqəli
hormonal dəyişikliklər burun ətlərinin şişməsinə və tıxanıqlığa yol
açır.



Böyük burun ətləri: Xalq arasında "artıq ət” olaraq bilinən bu problem burun tıxanıqlığına yol açır.



Burun içindəki düyünlər: Alergik soyuqdəymə xəstələrində rastlanan
"polip” adlı düyünlər burnu tamamən tıxaya bilər. Burundakı xoş xassəli
şişlər də burun tıxanıqlığı yaradır.



Alergik soyuqdəymə və infeksiyalar: Alergik soyuqdəyməsi olan insanlarda burun ətləri normadan daha böyük olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!