Kişi və qadın sonsuzluğunu aradan qaldıran 10 qayda

Kişi və qadın sonsuzluğunu aradan qaldıran 10 qayda
Xəstəliklər və müalicəsi
10.09.2017 86
Türkiyənin tanınmış ginekoloqu Hakan Çoksüer sonsuzluğu aradan qaldırmağın 10 qızıl qaydasını açıqlayıb.

Çoksüer qadınlara sərt pəhrizdən və ağırkəsici qəbulundan uzaq durmağı və normal cinsi həyat yaşamağı tövsiyə edir.

Qarnı masaj edin

Çoksüer qadınlarda sonsuzluq riskini minimuma endirmək üçün qarnı hər gün mütəmadi olaraq masaj etməyi məsləhərt görür.

Qarın və yumurtalıqların üzərini hər iki əllə sirkulyar tərzdə masaj
etmək vacibdir. Masaj edildikdə həm uşaqlıq, həm də yumurtalığın qan
dövranı artır, hamiləlik şansı yüksəlir.



Ağır pəhriz saxlamayın

Sonsuzluq riskini artıran amillər arasında ağır pəhrizlər də yer alır.
Çox aşağı kalorili qidalanma sonsuzluqda əhəmiyyətli risk faktorudur.
Xüsusilə kişilər aşağı kalorili qidalandıqları enerjiləri azalır,
sevişməyə meyilli olmurlar. Araşdırmalar bu zaman spermanın tərkibində
də dəyişiklik olduğunu üzə çıxarıb. Kişilərdə testosteronun, qadınlarda
estrogen hormonunun səviyyəsi aşağı düşür, dolayısı ilə hamiləlik
şansını azalır.





C və E vitamini

Qadında sonsuzluq riskini azaltmaqda C və E vitaminləri də çox
əhəmiyyətlidir. Qəbul etdiyiniz qidaların tərkibində fol turşusu, sink,
selen, E vitamini olmasına diqqət yetirin. Eyni zamanda, B6 vitamini və
maqnezium da olmalıdır. Qanda dəmirin səviyyəsi normada olmalıdır.
Bundan başqa, qəbul etdiyimiz qidalarda C vitamini də olmalıdır. C
vitamini və E vitamini spermanın keyfiyyətini artırır və qadınlarda
hormon səviyyəsini normaya salır. Sperma sayının və testosteronun
artması üçün vacib minerallar arasında sink, selen var. B6 vitamini
menstruasiya siklini nizamlayan hormonal tarazlığı təmin edir.



Spirtli içkini və siqareti tərgitin

Siqaret və spirtli içki istifadəsi istifadəsi qadınlarda olduğu kimi
kişilərin cinsiyyət sisteminə mənfi təsir edir. Sperma sayı da siqaret
istifadəsinin sayına görə azalır, sperma fəallığı aşağı düşür və
funksiyalarında anormal hallar müşahidə olunur, hətta mutasiyalar
meydana gələ bilər. Bu səbəbdən sağlam övlad sahibi olmaq istəyən
cütlüklər: həm qadın, həm də kişi siqaret və alkoqoldan mütləq uzaq
durmalıdır.



Həkimin yazmadığı dərmanlardan istifadə etməyin

Həkim nəzarəti olmadan vurulan antibiotik dərmanlar da sonsuzluğa səbəb
ola bilər. Ovulyasiya dövründə istifadə edilən bəzi ağrıkəsicilər qadın
bədənindəki hormonların tarazlığını pozur. Bu da hamiləlik şansını
azaldır. Həkimlə məsləhətləşmədən qəbul edilən antibiotik vaginanın
florasını pozaraq göbələk infeksiyasına zəmin hazırlayır, bu da qadın
cinsiyyət orqanının içində spermanın hərəkət qabiliyyətini zəiflədir və
buna bağlı olaraq spermanın yumurta mayalandırma qabiliyyəti də azalmış
olur.



Normal seks həyatı

Sonsuzluğu aradan qaldırmaqda ən vacib amillərdən biri də seks həyatının
normal olmasıdır. Normal cinsi həyat hamilə qalmaq şansını artırır.
Normal seks həyatı ovulyasiya dövründə spermalarla yumurtanı bir yerə
gətirmək şansını artırır. Nəticə etibarı ilə sekslə nə qədər çox məşğul
olsanız, hamilə qalmaq şansınız o qədər çox olur.



Stressdən uzaq durun

Stressi əsrimizin baş bəlası kimi şərh edən Çoksüer evli cütlüklərin
yaşadığı stressin seks həyatına təsir etdiyini bildirib. Çoksüer deyir
ki, sonsuzluqla bağlı müalicə alan xəstələr stressə daha çox məruz
qalırlar. Müalicə alan cütlüklər müalicə kursu uğursuz nəticələnəndə hər
ay stressə düşürlər. İynəbatırma, yoqa və meditasiya, masaj, dərindən
nəfəs almaq məşqləri, dua etmək və vizualizasiyanın (xəyalında
canlandırmaq) stressi məğlub etməkdə çox böyük köməyi olur. Musiqi
dinləmək, uzun gəzintilərə çıxmaq, idman etmək, təmiz havada gəzmək, ya
da sizi yaxşı hiss etdirəcək nə varsa, onu etmək stressi azaldır.



Yuxusuz qalmayın

Yuxusuz qalan insanlarda melatonin hormonunun səviyyəsi aşağı düşür.
Melatonin hormonu həm antioksidant təsirə malikdir, həm də ovulyasiya
prosesi üzərinə müsbət təsirlidir. Yuxu rejiminə əməl etməyən şəxslərdə
melatonin ifrazatı az olduğu üçün qadınların dünyaya uşaq gətirmə
qabiliyyəti aşağı düşür. Hamilə qalmaq istəyən xanımlar sağlam həyat
tərzi yaşamalıdır. Hər gün eyni saatda yatıb eyni saatda durmalısınız.
Hamiləlik şansını artırmaq üçün ən az 8 saat yatmaq lazımdır.



Yaş amilini nəzərə alın

Hamilə qalmaq istəyən xanımlar yaş amilini də nəzərə almalıdır. Hamilə
qalmaq üçün ən yaxşı yaş dövrü 18-30 yaş arasıdır. 35 yaşdan sonra
hamilə qalmaq şansı azalır, yumurtalıqların keyfiyyəti aşağı düşür.



Təhsil, karyera, iqtisadi səbəblər və evlilik anlayışında dəyişikliklər
qadınları gec yaşda ana olmağa sövq edir. Yaş artdıqca isə qadınların
çoxu qeysəriyyə əməliyyatına üstünlük verir. Lakin gənc yaşda və təbii
yolla ana olmaq qadın sağlamlığı üçün çox əhəmiyyətlidir.



Zərərli maddələrdən uzaq durun

Ekoloji cəhətdən çirklənməyə məruz qalan mühit hamiləliyin pozulmasına,
körpənin qüsurlu doğulmasına səbəb ola bilir. Zəhərli hava, plastiklər,
təmizləyici, yuyucu maddələr və makiyaj vəsaitləri allergiyadan, hormon
pozulmasına, sonsuzluq problemlərindən xərçəngə qədər bir çox xəstəliyə
səbəb olur. Qadınlarda hormon pozğunluğu isə sonsuzluq riskini artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!