Sağlamlıq haqqında bir neçə məsləhət

Sağlamlıq haqqında bir neçə məsləhət
Xəstəliklər və müalicəsi
10.09.2017 38
Zəif inkişaf edən uşaqlar üçün.

Bir ədəd ortabab sarı kökü ət maşınından keçirib,üstünə də 1 xörək qaşığı günəbaxan yağı əlavə edib uşağa vermək lazımdır. Gündə iki dəfə səhər-səhər acqarına yeməkdən ən azı 30 dəqiqə qabaq, axşam yeməkdən 1 saat sonra. Kökü uşağa verəndə nəzarət etmək lazımdır ki,uşaq onu yaxşı-yaxşı çeynəsin, qaşıqlayıb diri-diri udmasın.



Qan təzyiqi.

1 stəkan qırmızı çuğundur suyunu bir stəkan balla qarişdırıb, gündə 3 xörək qaşığı içmək. Hər ehtimala qarşı,məlhəm allergiya verməmək üçün çuğundur suyunu qatmazdan qabaq 2 saat soyuducuda saxlamaq lazımdır.

 

Böyrək daşlarını tökmək.

2 xörək qaşığı itburnu kökünə 200 qr,su əlavə edib 15 dəqiqə qaynatmaq, sonra bir termosa töküb, bir saat dəmə qoymaq lazımdır. Kurs gündə 3 dəfə 1 stəkan,10 gün.



Beyin sinirlərinin möhkəmləndirmək üçün.

150 qr təmizlənmiş almanı, ət maşınından keçirib, 2 xörək qaşığı bal qatırsan. 10 ədəd qoz ləpəsini həvəngdəstədə əzib, qatırsan onun içinə. Bu qarışıq məlhəmi səhər-səhər acqarına 10 gün yeyirsən..Bu məlhəm beyin-damar sisteminin möhkəmlənməsində çox böyük rol oynayır.

 

Qaşınma.

Qoz-cəviz ağacının təzə yarpağını əzib, qaşınan yerə qoysan,qaşınma kəsər..



Dizbakterioz.

Gündə 2 dəfə səhər və axşam yeməkdən 2 saat sonra 1 iri diş sarımsağı 2 yerə bölüb, çeynəmədən udmaq lazımdır. Kurs 2 həftə.

Bal haqqında.

Balı qaynar çaya qatıb, içmək olmaz. Çünki bal 40 dərəcədən sonra öz keyfiyyətini tamamilə itirir. Bal öz müalicəvi əhəmiyyətini itirməklə yanaşı zərərverici amillərə çevrilir. Hindlilər demişdir -Əgər balı qaynar çaya qatsan, bal zəhərə dönər.

 

Qara ciyərin uzanması.

2 ədəd limon tumunu həvəngdəstədə toz halına salıb, yarım çay qaşığı balla qatıb, səhər-səhər acqarına qəbul etmək lazımdır. Sağalana qədər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!