Bu əlamətlər sizde varsa, qara ciyərdə xəstəlik var deməkdi

Bu əlamətlər sizde varsa, qara ciyərdə xəstəlik var deməkdi
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Aşağıdakı əlamətlər də qara ciyərdə patoloji prosesin olmasını göstərə bilərlər:

- Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur.

- Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpgilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tüntləşməsi kimi əlamətlərin olması, qara ciyərin pis işləməsi nəticəsində orqanizmdə baş verən intoksikasiyanın (zəhərlənmənin) olmasını göstərir;

- Qara ciyərin bir çox xəstəlikləri üçün iştahasızlıq, qıcqırma, ürəkbulanma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük əlamətləri də xarakterik hesab olunur.

- Qara ciyər, qandan toksinlərin və və zəhərlərin xaric etməsi kimi vəzifəsini normal şəkildə icra edə bilmədikdə, bu maddələrin bir hissəsi qanda qalaraq beyinə də çatır. Məhz buna görə, qara ciyər xəstəliyinin tez-tez təsadüf edilən əsas əlamətlərindən biri də, sinir-psixi pozğunluqlar hesab olunur. Xəstədə baş ağrısı, başda ağırlıq, başgicəllənmə, emosiyalarda dözümsüzlük, həddindən artıq olan inciklik, hər şeydən şübhələnmək, əsassız olan qəzəblənmə kimi əlamətlər meydana çıxır. Buna görə sizdə bu əlamətlər baş versə, sadəcə olaraq sakitləşdirici dərmanlar qəbul etməkdənsə, qara ciyəri yoxlamq daha yaxşı olar.

Əlbətdə ki, sadalanan əlamətlər digər xəstəliklərə də xas ola bilərlər. İctənilən halda tez bir zamanda qastroenteroloqa müraciət edərək öz şübhələriniz barədə ona məlumat vermək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!