Meningiti vaxtında müalicə edin

Meningiti vaxtında müalicə edin
Xəstəliklər və müalicəsi
10.09.2017 30
İnsan başının ağır bəlalarından biri də meningitdir. Özü də bu yoluxucu bəla ilk növbədə kiçikyaşlı uşaqları və yeniyetmələri hədəfə alır. Yaşlı adamlar da bu azara az məruz qalmırlar.



Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır, özü də bir neçə saat ərzində...



Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir: infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir: selikli qişa şişir (ödem), selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür.



Bakteriya virusdan daha təhlükəlidir

Meningitə bakterial və ya virus infeksiyaları səbəb olur. Viruslu meningit daha yüngül keçir və ağır simptomlarla müşayiət olunmur.



Bakterial meningit çox təhlükəli xəstəlikdir, beynin zədələnməsinə apara bilər. Xəstəliyi daha çox meninqokokk (Neisseria meningitidis) və ya pnevmokokk (Streptococcus pneumoniae) törədir. Meningitə hemofil çöpləri (Haemophilus influenzae), stafilokokklar, salmonellər və s. bakteriyalar da səbəb olur.



Simptomları

Bir çox adam təhlükəli mikroorqanizmlərin simptomsuz daşıyıcılarıdır. Meningitlər müxtəlif formalarında adətən aşağıdakı simptomlarla təzahür edir:



1. Ənsə əzələlərinin gərginliyi - xəstə başının daim dala dartınmasını hiss edir;



2. Baldırın bükücü əzələlərinin reflektor gərginliyi;



3. Başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır;



4. Bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür.



Azarın inkubasiya dövrü 5-7 gündür. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində başağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır.



Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39 C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1-3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur.



Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər.



Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokallaşdığı yer müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır.



İrinli azar

Xəstəliyin epidemik serebrospinal forması irinli meningit sayılır. Damcı infeksiyası və kontakt yolu ilə yayılır. Meninqokokklar selikli qişa və burun-udlaq yolundan orqanizmə daxil olur. Meninqokokklar kəllə içərisinə limfatik, yaxud hematogen yolla sirayət edir. Mərkəzi sinir sisteminə daxil olduqdan sonra, ilk növbədə, mədəciklərin ependim hüceyrələri və damar kələflərinə təsir edir, oradan beyin-onurğa beyin mayesi vasitəsilə beyin qişalarına keçir. Venalar boyunca irin toplanır. Onurğa beynin qişaları da irinləyir. Şiddətli başağrısı, qusma, arxa boyun əzələlərinin gərginliyi müşahidə edilir.



Meningitin çox iti cərəyan edən forması olduqca kəskin başlayır. Xəstə huşunu itirib yıxılır. Temperatur kəskin sürətdə yüksəlir, taxikardiya tənəffüs pozulur. Xəstəlik o qədər sürətlə inkişaf edir ki, meningeal əlamətlər və beyin-onurğa beyin mayesi tərkibinin dəyişməsi özünü biruzə verə bilmir. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Dəridə qırmızı rəngli səpkilər olur, taxikardiya baş verir, arterial qan təzyiqi enir, qanda leykositoz yüksəlir. Bəzən oynaqlarda iltihabi prosesin başlanması xəstəliyi poliartiritə bənzədir. Həddən artıq kəskin şəkildə başlamış meninqokikksemiya çox sürətlə inkişaf edib, malyariyada olduğu kimi titrətmə-qızdırma verir, dəri avazıyır, taxikardiya və tənəffüs pozğunluğu meydana çıxır. Xəstə huşunu itirir.



Kəskin seroz meningiti orqanizmə tənəffüz yolu ilə daxil olur. Yumşaq qışanın serozlu iltihabı ilə cərəyan edən bu xəstəlik birincili və ikincili olur. Ən çox, poliomnelit, qızılca, epodemik parotit və vərəm çöpləri ilə yayılır. Xəstəliyin törədici amili süzülən virusdur. O, orqanizmə tənəffüs yolu ilə daxil olur. Xəstəlik qəflətən kəskin surətdə yüksək temperatur və şiddətli başağrılarıyla başlayır. Xəstə tez-tez qusur, göz almalarında ağrılar olur. Ümumi beyin əlamətləri daha da kəskinləşir. Beyin sinirlərinin pozğunluğu müşahidə olunur.



Müalicəsi

Meningitin demək olar ki, bütün formaları müalicəyə tabe olur. Ancaq gərək vaxtında həkim tərəfindən xəstənin meningitin hansı formasından əziyyət çəkdiyi müəyyən edilsin və dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesinə başlanılsın.



Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3-5 gündür.



Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05 - 0,1 kalium-permanqanat məhlulu) yaxalamaq məsləhət görülür. İntoksikasiya zamanı çoxlu ilıq maye içmək lazımdır.



Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və kifayətdir. Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!