Kişi sonsuzluğu haqqında

Kişi sonsuzluğu haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 58
Hamiləlik əleyhinə qorunma tədbirləri həyata keçirilmədən nizamlı olaraq 1 il cinsi həyat keçirən cütlərdən uşaq doğulmursa bu artıq sonsuzluq adlanır. Sonsuzluq (infertilite) həyata uşaq gətirə bilməmək və yaxud mayalandıra bilməmək anlamına gəlir. Yetkinlik dövrü başlarkən oğlanlarda sperma əmələ gəlməyə başlayır. Həmin oğlanlarda səsin kobudlaşması, qasıq, qoltuq altı, cinsiyyət üzvləri ətrafında, üzdə tüklər əmələ gəlir ki, bunlar ikincili cinsi əlamətlər sayılır. 12 yaşından başlayaraq özünü göstərən bu əlamətlər kişini fərqləndirərək onun mayalandıra bilmək üçün ən önəmli simptomlarıdır. Beyində hipotalamusun xüsusi modelləri ilə hipofizə təsir edilərək onun ön payında FSH ve LH hormonları sekresiya olunur.FSH sperm sekresiyasını artırır. LH isə xayadakı Leydiq hüceyrələrindən testosteron hormonun ifrazını artırır ki, bu da spermanın aktivləşməsini (maturasiya) həyata keçirir. Ümumiyyətlə spermlər xayada əmələ gəlir və epididimində (xaya artımında) tam formalaşır. Bu müddət 3 ay davam edir. Artıq formalaşmış spermlər isə cinsi fəaliyyətdən sonra sperm kanallarında qadın vaginasına (uşaqlığına) atılır. Bu prosesdə prostat, toxum kisələri, sperm bəsləyən və onu qadın mayalandırma yollarında aktiv hərəkət edə biləcək vəziyyətə gətirən şirələr də sperma qarısır ki, bunlar hamısı bir yerdə eyakulyat adlanır. Sperm əmələ gəlməsi kişinin həyatda yaşamı boyu davam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!