Sonsuzluğun çarəsi tapıldı

Sonsuzluğun çarəsi tapıldı
Xəstəliklər və müalicəsi
10.09.2017 35
İsrail alimləri sonsuzluğun müalicəsi üçün yeni metodika hazırlayıblar.  Regenerativ təbabət ən yeni istiqamətdir. Burada insanın kötük hüceyrələri öyrənilərək həmin hüceyrələrin implantasiyası ilə yeni müalicə metodu hazırlanır.  Kötük hüceyrələri bir növ "tikinti materialıdır". Onun sayəsində insan orqanizmindəki müxtəlif nasazlıqları aradan qaldırmaq olur.  İsrail alimlərinin hazırladığı metodologiya sayəsində analığında sağalmaz qüsuru olan qadın bu yaxınlarda hamilə qalıb və sağlam uşaq dünyaya gətirib.  Həmin metodu israilli ginekoloq İliya Bar hazırlayıb. Bar metodu qadının öz orqanizmindən götürülmüş sağlam kötük hüceyrələri sayəsində analıqdakı qüsurların aradan qaldırılmasını nəzərdə tutur.  Barın metodu ilə hamilə qalan qadın deyir ki, bu kifayət qədər ağrısız və sadə prosedurdur.  Hazırda analıq arzusunda olan qadınlar həmin üsulla müalicə olunurlar. Həkimlər qeyd edirlər ki, müalicə olunan qadınların 80%-də nəticələr müsbətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!