Qəlbin də cinsi var: qadın ürəyi çox incədir - Elmi araşdırma

Qəlbin də cinsi var: qadın ürəyi çox incədir - Elmi araşdırma
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Qadın ürəyi deyərkən həmişə ağıllara həssaslığı və kövrəkliyi gəlir. Ancaq bu, elmi olaraq da təsdiqlənmiş bir həqiqətdir. Qadınlarda ürəyin damarları daha incə, həssas və büzüşməyə meylli olur.



Qadınla kişi ürəyi ölçü olaraq da bir-birlərindən çox fərqlidir. Qadın ürəyi kişi ürəyindən fərqli olaraq daha kiçikdir. İnfarkta belə daha dözümsüzdür. 40 yaşdan yuxarı qadınların əksəriyyəti ürək-damar xəstəliklərindən həyatını itirir.



Qadın və kişi ürəyi arasındakı fərqi və diqqət etməli olduğunuz məqamları təqdim edirik



Qadın ürəyinin damarları daha incədir. Kişilərdən fərqli olaraq qadın ürəyinin damarları 1 mm daha incə olduğundan damara müdaxiləni daha da çətinləşdirir



Qadınlarda qapaq quruluşu daha elastikdir. Buna görə qapaq xəstəliyi və ürək döyüntüləri daha çoxdur



Qadınlarda ürək damarları daha həssas olduğundan büzüşməyə daha meyllidir. Büzüşən ürək damarlarının diaqnozu çətin olduğundan sinə ağrılarına səbəb olur.



Qadınlarda ürək xəstəlikləri çətin tapılır.



Qadın ürəyi infarkt sonrası fəsada daha dözümsüz olur. İnfarkt sonrası ölüm kişilərə nisbətən daha yüksəkdir.



Kişilərdə ürəklə bağlı sinə ağrısı daha çox yaşanarkən, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq, şişkinlik hissi ön plana çıxır. Bu da diaqnozda çətinlik yaradır.



Qadın ürəyi kişilərə nisbətən daha çox döyünür. Ürək döyüntüsü kişilərdə bir dəqiqədə 70-72, qadınlarda 78-82 arasında dəyişir. Bu da döyünmə və nəfəs darlığı şikayətlərinin qadınlarda daha çox görülməsinə səbəb olur.



Qadın ürəyinin damarları laxta yaratmağa daha meyllidir. Doğum həbi istifadə edən, siqaret çəkən qadınlarda bu risk daha çox görülür.



Qadın ürəyində damarların xəstəliklərə həssaslığı menopuauzadan sonra daha çox artır.



Qadın ürəyinin problemləri testlərdə çətin müəyyən edilir.



Ürəyinizi qorumaq üçün ideal çəkini qorumalı, yüksək təzyiq və şəkər xəstəliyini həmişə nəzarətdə saxlamalı, siqaretdən uzaq durmalı, müntəzəm idman etməli, düzgün qidalanmalı və stressdən uzaq durmalısız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!