Qadınlarda sonsuzluq və müalicəsi

Qadınlarda sonsuzluq və müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Qadın Hamiləliyinin Qiymətləndirilməsi



Qadınların hamilə qalması üçün yetərli sperma qədər ana bətni ağzının spermalara uyğun olması, ana bətnin içində ciddi anomaliyaların olmaması lazımdır.



Heç olmasa bir kanalın açıq olması və vəzifəsini yerinə yetirməsi, yumurtalıqlarda hər ay yumurtalama olması və qarın içində bir sıra yapışıqlıqların olmaması kimi bir çox şərt lazımlıdır.Buna görə də qadının araşdırılması daha çox zaman alır.

Qadın yumurtalıqlarının fəal olub olmadığını anlamaq üçün ədətin üçüncü günündə FSH, LH, E2 hormon və yenəhamiləliyə təsiri olan Prolaktin və TSH hormonlarına baxılması məqsədəuyğun olar.Bunları həll edərkən FSH əhəmiyyətlidir. FSH qadının "sperma sayı adlandırılır” normalda 10-dan daha aşağı olması lazımlıdır, 10- 15 arasında hamilə qalma şansında zəifləmə 15-in üzərində də çox ciddi bir zəifləmə olur.Xüsusilə 40 yaş üzərindəki qadınlarda FSH-nin qiymətləndirməsi çox vacibdir və FSH səviyyəsinə görə müalicəyə sürət verilməsi uyğun olar.



Qadın hormonları normal çıxarsa, qadının ümumi fiziki müayinəsi və vajinal müayinəsi normaldırsa, onda sperma yaxşı isə daha çox araşdırmaya ehtiyac olmadan yumurtlamağa bir az da kömək edərək müalicəyə başlana bilər.Yəni qadının yumurtasının 1-dən çox keçirilməsi üçün hər ay 5 gün qədər dərmanlar verilir və bunlarla ultrasəs təqibi ilə yumurtlama izlənir, cinsi əlaqə günləri müəyyənləşdirilir və bu müalicə 3-4 ay davam edir.Qadında yumurtlama problemi varsa, yenə eyni müalicə aparılır.



Qadınlarda yumurtlama probleminə yol açan ən xüsusi xəstəliklərdən bir dənəsi Polikistik Yumurtalıqdır.Bu xəstəlikdə qadının qanındakı LH hormonu FSH hormonundan daha yüksəkdir və bunun doğurduğu bir yumurtlama manesi vardır.Bu adamların yumurtalıqlarında yumurtalamamış bir çox yumurtanın yığılıb qalması ilə olan xüsusi bir mənzərə mövcuddur.



Polikistik demək; Bir sürü böyüməmiş yumurtanın (kistin) izlənməsi deməkdir.



Bəzilərinə həblərlə yumurtalama müalicəsi aparılır, əgər nəticə alınmazsa, iynələrə keçilir hətta bəzən Laparoskopiya dediyimiz əməliyyatla yumurtanın qabığına müxtəlif yerlərindən dəliklər açılır və yumurtalama tətbiq olunmağa çalışılır yenə də uğurlu olmasa süni mayalanma müalicəsinə keçilir.

Ana Bətni Rentgeni



Qadın yumurtalama müalicəsində müəyyən bir müddət hamilə qalınmaması halında ana bətni rentgeninə sıra gəlir.



Uşaqlığa boyalı bir dərman verilir və rentgenlə bunun kanallardan keçib keçmədiyinə baxılır, eyni zamanda ana bətnin içində də bir xəstəlik olub olmadığına (poliplər, miyomlar, şişlər kimi) baxılır.Rentgenlə ana bətni içində xəstəlik müəyyən edilərsə bunlar Histereskopiya dediyimiz üsulla çıxarılmalıdır.Histereskopiyada yüngül bir anesteziya altında uşaqlığa daxil olunur, xüsusi bir işıqlı instrument köməyilə bu miyom və ya poliplər kəsilərək, xaric edilərək anabətni normal hala salınır.Bəzi rentgenlərdə ana bətnində doğuşdan olan bəzi bölünmələr və dalıqlar görülür ki bunlarda yenə Histereskopik üsulla düzəldilməlidir.Hər iki kanalın da bağlanmış olması vəziyyətində mümkünsə, laparoskopiya əməliyyatı ilə kanalın açılmasına çalışılır çıxarılmazsa xəstə yenə süni mayalanma üçün istiqamətləndirilir.

Vəziyyət ən azı bir kanalın açılması kimidirsə süni mayalanma öncəsi digər klassik üsullar yoxlanılmaldır.

Yumurtalama Funksiyasının Qiymətlədirilməsi



Qadın yumurtasından ədətdən sonra bir dənə seçilmiş yumurta böyüməyə başlayır və təxminən 14-cü gündə çatlayaraq içindəki yumurta ana bətni kanalına düşür.



Bəzi qadınlarda bu funksiya olmamaqdadır.



Qadınlar ultrasəslə yumurtlama təqibi dediyimiz bir tədqiqlə araşdırılır və yenə yumurtalamanın olmadığı görülərsə (qadın hormonları) və yumurtalatıcı dərmanlar və iynələrlə yumurtalama təmin olunması çalışılır.Bunun təmin olunmasına baxmayaraq, hamiləlik olmaz isə peyvənd və ya süni mayalanma müalicələrinə keçilməlidir.



Laparoskopiya əməliyyatı (qapalı əməliyyat); Qadında heç bir səbəb edilmədiyi zaman bəzən bir səbəb axtarmaq üçün anesteziya altında skalpersiz əməliyyat deyilən bir üsulla göbək dəliyindən kiçik kəsik aparılır və içəriyə işıqlı bir instrument daxil olunaraq və qarının içi izlənir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!