Qadınlarda anal çat xəstəliyi və müalicəsi

Qadınlarda anal çat xəstəliyi və müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 30
Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf
olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən
əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi
müxtəlif ola bilər. Bəzi alimlər xəstəliyin səbəbkarı kimi mexaniki
amilləri, xüsusən nəcisin tərkibində olan bərk qalıqların xəstəliyə
səbəb olmasını göstərirlər. Bir qrup alim isə xəstəliyin səbəbi kimi
infeksiya faktorları göstərirlər.
Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil
və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər. Düz
bağırsağın çatının əsas əlaməti ağrıdır. Ağrı xarakterinə,
intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı
çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur.
Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı
defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə
isə defekasiya aktı bitdikdə ağrı da azalır. Çatın dibində olan sinirin
daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha
şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif
vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.

Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar
sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu
nahiyyələrə yayılaraq qadınıarda adət pozğunıluğuna səbəb olur.

Anal çatın ikinci əsas əlaməti qanaxmadır. Qan adətən defekasiya aktı
zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu
xususiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.

[/b]
 
Uzman Dr. Türkan G[b]ündüz ilə əlaqə:

Web-sayt: www.proktolog.az
051- 491-75-75
051 -453 -55 -55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!