Uçuruma aparan addım - İNTİHAR

Uçuruma aparan addım - İNTİHAR
Xəstəliklər və müalicəsi
10.09.2017 58
Yeniyetmələr arasında intihar "cavanlaşır”



İntihar etmək istəyən insana necə kömək etmək olar?

Həyatda elə anlar olur ki, insan şirin hesab edilən həyata belə son qoymaq istəyir. Onu uçurumdan yalnız bir addım saxlayır. Hər şey artıq bitib, yaşamağın heç bir mənası yoxdur. Əgər bu baş verirsə insanın özü və yaxınları nə edə bilər?Hansı sözlər, hansı hisslər insanı son və qaçılmaz addımı atmaqdan saxlayar?

 

İntihar və intihara cəhd. İntihar hansısa problemi həll etmək əvəzinə seçilən addım, cəzalanmaqdan və rüsvay olmaqdan qurtulmaq, təhqir və ümidsizliyə son qoymaq, unuda bilmədiyi kədərdən qaçmaq üçün atılan addımdır.

Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən də yeniyetmələr belə intiharın nə olduğunu və onunla necə mübarizə aparacağını bilməlidirlər.



Əgər tanıdığınız kimsə intihar etmək istəyirsə və siz ona kömək etmək fikrindəsinizsə, ilk növbədə sui-qəsd barədə ətraflı öyrənin.



Yeniyetmə və gənclər arasında intihar artır



15-24 yaş arasında olanlar arasında intihar halları daha çoxdur.



Müasir zamanda yeniyetmə və gənclər arasındakı ölümün əsas səbəbi intihardır. Əsasən də 15-24 yaş arasında olanlar arasında intihar halları daha çoxdur. Onu da qey edək ki, təsadüfən baş verən bədbəxt xəstəliklər zamanı, o cümlədən narkotik maddənin dozasının çoxaldılması, yol qəzaları, körpü və binalardan yıxılma, zəhərlənmə kimi ölüm səbəbləri yeniyetmə və gənclərin bir nömrəli cəlladıdır. Lakin intiharı öyrənən mütəxəssislərin fikrincə əslində bu ölümlərin çoxu bədbəxt hadisə deyil, gizli icra olunan intihar idi.



Bəzən yalnız ölüm qabağı məktub yazıldığı halda ölümün səbəbi intihar kimi qəbul olunur. Lakin əksər hallarda intihar edənlər heç nə yazmırlar. Heç də həmişə ölümün səbəbinin intihar olduğunu dəqiq müəyyən etmək olmur. Ona görə də "intihar” qrafasında yalnız heç bir şübhə doğurmayan ölüm hadisəsiləri qeyd olunur.



Təcrübələr göstərir ki, hər beçinci yeniyetmə intihar etmək barədə ciddi fikirlərşir. Getdikcə intihar "cavanlaşır”: uşaqlar intihar haqqında düşünür, buna cəhd etmək istəyir və edir də. Növbəti on il ərzində 10-14 yaş arasında olan yeniyetmələrdə intiharların sayı daha sürətlə artacaq.



İntiharın qarşısını almaq olar



Belə bir fikir var ki, əgər yeniyetmə intihar etməyi qərara alıbsa, ona mane olmaq mümkün deyil. Eləcə də hesab olunur ki, yeniyetmə birinci cəhdlə həyatına son qoya bilməyibsə, intihar baş tutana qədər dəfələrlə buna cəhd edəcək. Əslində isə gənclər həyatında bir dəfə intihara cəhd edirlər. Onların çoxu yalnız müəyyən zaman kəsiyində - 24 saatdan 72 saata qədər özlərinə qəsd edə bilərlər. Lakin kimsə buna mane olub həmin adama kömək etmək istəsə, o, bir də intihara cəhd etməyəcək.



Bəziləri düşünür ki, yeniyetmələrlə intihar barədə söhbət etmək onlarda bu təhlükəni hiss etməyə maraq oyadır. Əslində yeniyetmə ilə intihar barədə danışarkən biz onu intihara təhrik etmirik. Əksinə yeniyetmələr üçün onları narahat edən bu mövzu haqqında söhbət etməyə imkan yaranır. Əgər sizin hansısa tanışınız intihar haqqında danışmağa başlayırsa, demək o, bu haqda çoxdan fikirlərşir və sən ona yeni heç bir şey deyə bilməyəcəksən. Sən ona ürəyini boşaltmağa imkan verəcəksən. İntihar haqqında fikirlərlə bölüşdükdə isə bu fikirlər o qədər də təhlükəli olmurlar.



İntihar haqqında danışan şəxs intihar edir



Həyatına son qoymaq istəyən on yeniyetmədən yeddisi öz planları barədə bölüşürlər. Ona görə də bu haqda danışan yeniyetmələrin çoxu zarafat etmir. Bununla belə biz onların dediklərini ciddiyə almır, "o, zarafat edir”, "o, diqqəti cəlb etmək üçün belə edir” deyir və ya düşünürük. Öz dostunun həyatı ilə risk etmə: o, intihar barədə danışıbsa, deməli vəziyyət ciddidir.



İntihar - diqqəti özünə cəlb etmək üçün seçilən bir üsul deyil. Çox vaxt dostlar və valideynlər yeniyetmənin "Mən ölmək istəyirəm” kimi sözlərinə fikir vermirlər. Onlara elə gəlir ki, yeniyetmə zarafat edir, o, diqqəti cəlb etmək istəyir və ya ona nəsə lazımdır.



Əgər sənin dostun, tanışın intihar barədə danışıbsa, o, həqiqətən də diqqət istəyir. Bununla yanaşı o, intihar edəcəyi barədə zarafat etmir. Əgər o, bu haqda danışıbsa demək həyatından narazıdır və son çıxış yoluna – intihara əl atıb. O, sadacə intihar etmək istəyən insan görünüşü yaradırsa, bu, onun pis vəziyyətə düşdüyündən xəbər verir. Yaxşı olar ki, onun sözlərinə qulaq asıb ona ciddi yanaşasınız.

İntihara meyilli yeniyetmələr hesab edir ki, onların problemləri ciddidir. Müxtəlif insanlar eyni hadisəyə fərqli baxırlar. Bir nəfər üçün ciddi olmayan bir problem, başqası üçün həll edilməz ola bilər.



Yəqin razılaşarsız ki, uşaqlar ilə böyüklərin həyata baxışları fəqlənir. Sizin üçün dəhşətli olan bir məsələ onlar üçün boş bir şeydir və əksinə. Misal üçün, ən yaxşı dostu ilə dalaşdığı üçün yeniyetmənin əhvalı pisdir. Valideynləri isə ona deyir: "Nə olsun?, Sənin ondan başqa kifayət qədər dostun var”.



İnsanı intihardan qorumaq üçün psixologiyanı bilmək lazımdır.



Həyatın qədrini bilmək üçün bunları bilmək vacibdir:



Bizə lazımdır ki, bizi sevsinlər.

Bizə lazımdır ki, özümüzə yaxşı münasibət göstərək.



Bizim davranışımıza iki əsas prinsip təsir edir:



Bizim davranışımız özümüzə olan münasibətdən asılıdır.

Hər insanın hərəkətinin məqsədi var. Bizim hərəkətlərimiz elə-belə baş vermir.



Bu fikirləri nəzərə alsaq, yeniyetmələrin nəyə görə intihar etdiyini anlamaq olar. Eləcə də, bunları düşünüb qayğının və mehribanlığın intihar barədə olan fikirləri qovduğunu, insana ümid verdiyini anlayacaqsınız.



Həyata və özünə dəyər vermək üçün biz hamımız bizə qarşı olan sevgini hiss etməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!