Zobu olan nə yesin?

Zobu olan nə yesin?
Xəstəliklər və müalicəsi
10.09.2017 34
Kanal S" (Region TV) xəbər verir ki, orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulması zob xəstəliyinin yaranmasına səbəb olur. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Şimal-qərb bölgəsində isə zob xəstəliyindən əziyyət çəkənlərin sayı çoxluq təşkil edir. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir.



Belə əlamətləri hiss edən hər kəs mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Zob xəstəliyi kişilərə nisbətən daha çox qadınlarda özünü büruzə verir. Qeyd edək ki, yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - süd və dəniz məhsulları, balıq, kürü, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xırnik, feyxoa kimi meyvə-tərəvəz məhsullarına, göyərtilərdən tərxuna üstünlük verilməsi məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!